1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Aqrar Universitetdə fakültə dekanlarının hesabatı dinlənilir
18.02.2017 / No6

 
 

 

 


Azərbaycan Dövlət Aqrar Universitetində xeyli vaxtdır ki, fakültə dekanlarının illik hesabatlarının dinlənilməsinə başlanılıb. Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov bu dəfə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, dosent Telman İsgəndərovun hesabatını dinləyib.
ADAU-nun mətbuat xidmətinin məlumatına görə, dekan Telman İsgəndərov hesabat məruzəsində bildirib ki, baytarlıq təbabəti və zoomühəndislik fakültəsində hazırda 4 kafedra - yoluxmayan xəstəliklər, epizootologiya, mikrobiologiya və parazitologiya, əczaçılıq və BSE, heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası kafedraları, həmçinin baytarlıq klinikası, anatomiya və patoloji anatomiya muzeyləri, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirilməsi üzrə tədris mərkəzi, qapalı balıq yetişdirmə laboratoriyası və açıq hovuzlar, vivarium, informatika otağı və kitabxana fəaliyyət göstərir. Məqsəd müasir tələblərə cavab verən yüksəkixtisaslı, dünya və Avropa standartlarına uyğun baytar həkimlərinin, əczaçıların, zootexniklərin və balıqçıların hazırlanması, yeni tipli baytarlıq klinikasının qurulması, müasir, akkreditə olunan laboratoriyaların yaradılmasıdır. Eyni zamanda fakültənin bütün kafedralarında mühazirələrin interaktiv aparılması üçün lazımi avadanlıqlar mövcuddur. Fakültənin beynəlxalq əlaqələrindən söz açan dekan qeyd edib ki, 2016-cı ilin 30 avqust -12 sentyabr tarixlərində 5-ci kurs baytarlıq ixtisasının 5 tələbəsi İstanbul Universitetinin baytarlıq təbabəti fakültəsində kliniki təcrübə keçib. 2016-cı ilin 13 sentyabr-12 dekabrında isə 5-ci kurs rus bölməsinin 3 tələbəsi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Baytarlıq Akademiyasında istehsalat təcrübəsində olub.
Məruzə ətrafında çıxışlarda da yüksəkixtisaslı kadrlar hazırlamaq üçün fakültədə hər cür şəraitin mövcud olduğu vurğulanıb.

Mətbuat xidməti

yuxarı ⤴