1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
ATU-da Rusiyaya gedən miqrantlar üçün sertifikat kursları təşkil olunacaq
18.02.2017 / No6

 
 

 

 


Azərbaycan Texnologiya Universiteti respublikada ilk dəfə olaraq ATU - Rusiya layihəsinə start verir. Məqsəd işləmək üçün bu ölkəyə üz tutan miqrantları zəruri biliklər və müvafiq sənədlərlə təmin etməkdir.
Rusiya Federasiyasında qüvvədə olan “Miqrasiyanın tənzimlənməsi haqqında” qanuna edilən dəyişikliklərə əsasən artıq bu ölkədə əmək fəaliyyəti ilə məşğul olan xarici ölkə vətəndaşları əvvəlcə yaşamaq və işləmək icazəsinə dair sənəd əldə etməlidirlər. Bunun üçün isə həmin şəxslərdən rus dili, tarixi və mədəniyyəti, eləcə də qüvvədə olan Rusiya qanunvericiliyi haqqında məlumatlı olmaq tələb olunur. Yaşamaq və işləmək üçün icazəyə dair sənədlərin, eləcə də vətəndaşlığın verilməsi zamanı miqrantlar sözügedən sahələrlə bağlı biliklərinə dair imtahan verirlər.
İmtahanlar Rusiyanın Federal Miqrasiya Xidmətinin əməkdaşlıq etdiyi miqrantlarla iş mərkəzləri tərəfindən həyata keçirilir. Bu mərkəzlərdən biri ilə ATU arasında imzalanmış müqaviləyə əsasən Rusiyaya getmək istəyən şəxslər üçün universitetdə kurslar təşkil olunacaq. Kurslar zamanı dinləyicilərə Rusiyanın Xalqlar Dostluğu Universitetinin proqramı əsasında rus dili, Rusiya tarixi və Rusiya qanunvericiliyinin əsaslarına dair biliklər tədris olunacaq. Daha sonra bu bilikləri təsdiq etmək məqsədilə keçirilən kompleks imtahanların nəticələrinə əsasən dinləyicilərə Rusiyada tanınan sertifikatlar veriləcək.
Bundan başqa, Miqrantlarla İş Mərkəzi ilə əldə olunan razılaşmaya əsasən ATU-da Rusiya əmək bazarının tələblərinə uyğun peşə istiqamətləri üzrə kadrlar hazırlanacaq. Aparılan ilkin araşdırmalar nəticəsində məlum olub ki, hazırda Rusiyanın mədən və inşaat sahəsində 580 min, meşə və balıqçılıq sektorunda 106 min, nəqliyyat, sürücülük və maşinist kimi sahələrdə 123 min, digər sahələrdə isə 366 min nəfər işçiyə ehtiyac var. Eyni zamanda bu ölkəyə üz tutan miqrantların daha çox hansı sahə üzrə işləməyə üstünlük vermələri haqqında da məlumat toplanıb. Statistik göstəricilər nəzərə alınmaqla gələcək miqrantlar ATU-da 6-9 aylıq ödənişli proqramlar əsasında bir sıra peşə ixtisasları üzrə hazırlanacaq.

Mətbuat xidməti

yuxarı ⤴