1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Əcnəbi tələbələrin payız semestrinin imtahan sessiyası
18.02.2017 / No6

 
 

 

 


Bu gün hər bir ali məktəbin təhsil sistemindəki nüfuzu onun beynəlxalq əlaqələri, orada təhsil alan əcnəbi tələbələrin sayı və onları təhsilə cəlb etmək imkanları ilə ölçülür.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əcnəbilərin sayının artırılması istiqamətində görülən işlər Təhsil Nazirliyi tərəfindən hazırlanan fəaliyyət planına uyğun olaraq aparılır. Hazırda universitetdə 51 nəfər əcnəbi tələbə təhsil alır. Bunlar əsasən Türkiyə və İran vətəndaşlarıdır. Eyni zamanda universitetdə ABŞ, Tacikistan, Hindistan, Pakistan, Gürcüstan vətəndaşları da təhsil alır. ADMİU-da təhsil alan əcnəbi tələbələrə ixtisas fənləri ilə yanaşı, “Azərbaycan dili” fənni də tədris olunur. Bu günlərdə universitetdə hazırlıq üzrə təhsil alan əcnəbi tələbələr üçün payız semestrinin imtahan sessiyası keçirilib. Sessiya müddətində tələbələr müvafiq olaraq “Azərbaycan dili”, “Nitqin inkişafı və ixtisas leksikası”, “Estrada sənəti”, “Qrafika”, “Dizayn” və “Rejissor sənəti” ixtisaslarından iki imtahan və yeddi məqbulu uğurla veriblər.


 

yuxarı ⤴