1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Lester Universitetinin prezidenti AzMİU-nun qonağı olub
18.02.2017 / No6

 

 

 


Fevralın 13-də Böyük Britaniyanın Lester Universitetinin prezidenti, professor Paul Boyle və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində olub.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova qonaqlara universitetin tarixi, fakültələri, ixtisaslar, tədris prosesi və beynəlxalq əlaqələri barədə məlumat verib. Böyük Britaniya universitetləri ilə əlaqələrin qurulmasının əhəmiyyətini xüsusi qeyd edən rektor AzMİU-da tədrisin müəyyən ixtisaslar üzrə ingilis dilində aparıldığını bildirib. Gülçöhrə Məmmədova Lester Universiteti ilə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.
Lester Universitetinin prezidenti, professor Paul Boyle bildirib ki, rəhbərlik etdiyi universitetin Bakıda regional ofisinin olması onların Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq etməsinə əyani sübutdur. O qeyd edib ki, AzMİU-nun müəyyən ixtisasları üzrə Lester Universitetində də kadr hazırlığı aparılır və bu istiqamətdə əməkdaşlıq yaxşı nəticələr verə bilər. Professor Paul Boyle AzMİU ilə işgüzar əlaqələrin qurulacağını və bu əməkdaşlığın inkişafı istiqamətində səylərini əsirgəməyəcəklərini vurğulayıb.
Sonra tərəflər AzMİU ilə Lester Universiteti arasında gələcək əməkdaşlıq imkanları, o cümlədən ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi və digər məsələləri müzakirə ediblər.
Görüşdə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova, magistratura şöbəsinin müdiri Rövşən Səmədov iştirak ediblər.

Mətbuat xidməti

yuxarı ⤴