1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Bilik Fondu ilə Musiqi Akademiyası arasında müqavilə imzalanıb
18.02.2017 / No6

 

 

 


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin imzaladıqları müqaviləyə görə tərəflər Azərbaycan musiqisinin təbliği, yaradıcı insanların bilik və bacarıqlarının artırılması, gənclərin dövlətçilik ruhunda tərbiyə olunması, istedadlı şəxslərə qayğı, diqqət göstərilməsi, maarifçilik məqsədi ilə alim və mütəxəssislərin bölgələrdə mühazirələrinin təşkili istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bu müqavilənin mədəniyyətimiz üçün yeni yollar açacağına, mədəni, eyni zamanda, intellektual dəyərlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib: “Azərbaycan istedadları ilə seçilən ölkədir. Bu gün gənclərimiz musiqi korifeylərimiz haqqında lazım olduğu qədər məlumatlı deyillər. Onlarla bu yönümdə iş aparmalıyıq. İstedadlı insanların yaradıcılıq imkanlarının genişləndirilməsi, fəaliyyətlərinin diqqət mərkəzinə çəkilməsi vacibdir. Bilik Fondu bu istiqamətdə müqavilə imzaladığı təşkilatlara dəstək verməyə hazırdır”.
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Azərbaycan musiqisinin qədim ənənələrindən və müasir çalarlarından bəhs edib: “Biz zəngin musiqimizi yalnız xarici ölkələrdə deyil, Azərbaycanın öz bölgələrində də gənclər və yeniyetmələr arasında təbliğ etməliyik. Onlar Üzeyir bəyi, Qara Qarayevi, digər bəstəkarları və istedadlı ifaçılarımızı tanımalıdırlar”.
Sonra tərəflər arasında Azərbaycan musiqisinin təbliği, bu sahədə araşdırmaçıların və istedadlı gənclərin stimullaşdırılmasının vacibliyi, həmçinin əməkdaşlığın perspektivləri barədə müzakirələr davam edib.
Bilik Fondu Azərbaycanın təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlığın hüdudlarını genişləndirməkdə davam edir.

İnformasiya təminatı sektoru

yuxarı ⤴