1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






GDU-nun fəxri doktoru diploma və xatirə medalı təqdim olunub
18.02.2017 / No6

 

 

 


Fevralın 17-də Gəncə Dövlət Universitetinin Elmi Şurasının növbədənkənar iclası keçirilib. Rektor, professor Yusif Yusibov Elmi Şuranın iclasının gündəliyində duran məsələnin əlamətdar bir təqdimata həsr edildiyini bildirərək qeyd edib ki, Elmi Şuranın qərarı ilə universitetimizdə kimya elminin inkişafında, elmi mütəxəssislərin, fəlsəfə və elmlər doktorlarının hazırlanmasında əvəzsiz rolu olan bir alimə - ilk dəfə Azərbaycan vətəndaşına, AMEA-nın akademik M. Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Babanlı Məhəmməd Baba oğluna Gəncə Dövlət Universitetinin “Fəxri doktoru” adı verilib.
Rektor, professor Yusif Yusibov universitetin “Fəxri doktoru” diplomunu, xatirə medalını və mantiyanı Məhəmməd Babanlıya təqdim edib.
Botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Vaqif Novruzov, professor Tağı Tağıyev, iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Şahin Xurşudov, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, universitetin fəxri professoru Heydər Kərimov, professor Telman Quliyev, rektorun baş müşaviri dosent Asif Cavadov, elm və innovasiyalar üzrə prorektor, dosent Pərvin Kərimzadə, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Fəxrəddin Məmmədov, qonaqlardan kimya elmləri doktoru, professor İmir Əliyev çıxış edərək Məhəmməd Babanlının alim və insan kimi müsbət keyfiyyətlərindən, universitetə doğma münasibətlərindən bəhs edib, ona verilən bu fəxri ada görə təbrik sözlərini çatdırıblar.
Sonda professor Məhəmməd Babanlı çıxış edərək Elmi Şura üzvlərinə öz təşəkkürünü bildirib və Gəncə Dövlət Universitetinin “Fəxri doktoru” adına layiq görüldüyü üçün qürur hissi keçirdiyini vurğulayıb.
Elmi Şuradan sonra Gəncə Dövlət Universitetinin “Fəxri doktoru” Məhəmməd Babanlı qeyri-üzvü sistemlərin fiziki-kimyəvi tədqiqi ilə bağlı yeni yaradılmış elmi-tədqiqat laboratoriyasının təntənəli açılışında iştirak edib.

Mətbuat xidməti

yuxarı ⤴