1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Bakı Ali Neft Məktəbi Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir
18.02.2017 / No6

 
 

 

 


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə nümayəndəsi xanım Emi Petersen ilə görüşüb. Qonağı salamlayan rektor rəhbərlik etdiyi ali təhsil ocağından, onun fəaliyyət istiqamətlərindən, professor-müəllim heyətinin və tələbələrin uğurlarından söz açıb. Rektor BANM-in fəaliyyətində beynəlxalq əməkdaşlığın xüsusi yer tutduğunu vurğulayaraq Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əlaqələri haqqında məlumat verib. O, 2015-ci ilin yanvar ayında ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xaturun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini xatırladıb. Elmar Qasımov ABŞ-ın sözügedən universitetinin nümayəndə heyətinin SOCAR-da və BANM-də keçirilən görüşləri haqqında danışaraq, birgə magistr hazırlığı ilə bağlı iki ali məktəb arasında razılaşma protokolunun imzalandığını da vurğulayıb. Rektor Hyuston Universiteti ilə əməkdaşlığı magistratura səviyyəsində genişləndirməkdə maraqlı olduğunu deyib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə nümayəndəsi xanım Emi Petersen səmimi qarşılanmaya görə rektor Elmar Qasımova təşəkkürünü bildirib. O, ABŞ ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın inkişafından söz açıb. Emi Petersen BANM-in qısa zaman ərzində əldə etdiyi nailiyyətlərindən, o cümlədən ABŞ-ın Hyuston Universiteti ilə əməkdaşlığından məmnun qaldığını deyib.
Görüşdə, həmçinin BANM-lə Hyuston Universiteti arasında professor-müəllim heyəti və magistr tələbələrin mübadiləsi, hər iki ali təhsil müəssisəsində yay kurslarının təşkili və digər məsələlər müzakirə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

yuxarı ⤴