1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Təsvirin incə məqamı, yaxud rəssamın fırçası
18.02.2017 / No6

 
 

 

 


İnsan gördüyünü təsvir etdi, sənət yaratdı və sonra həmin sənəti görənlər bu işə ad qoydular - incə sənət!
Əslində sənətlərin hamısı incədi. Çünki bütün sənətlərin özlüyündə bir incəlik, fikir zərifliyi, sənətkarın zövqü ehtiva olunur. Lakin bununla belə bəzi sənətlər ayrılır, ülviləşdirilir, incə sənət olur. Bəlkə də bunlardan ən incəsi rəssamlıqdı.
Rəssamlığı insanlara sevdirən çox hallarda bu sənətin fəlsəfəsi, dərinliyi, özündə daşıdığı yükü olmur. İnsanları bu qədər maraqlandıran, riqqətə gətirən gördüklərinin fırça ilə əksinin yaranmasıdı. Bu baxımdan, bircə dəfə də olsa rəssam olmağa can atır, “mən rəssamam” deyərək, əslində böyük bir iddia ilə əlinə fırça alıb körpə uşaq beyni kimi təmiz olan kətanın üzərində var-gəl edirik. Bu hal bəzilərində real həyatda, bəzilərində isə yuxuda olur. Nəticə etibarilə hər iki halı yuxu hesab etmək olar. Çünki mükəmməl bir təsvir alınsa belə bu, əsər sayılmır, ona tamaşa edəni rəssam olmağa sövq etmir!
Bəs rəssamlıq nədir? Bu sənət necə yaranıb, nədən yaranıb?
Rəssamlıq hələ qədim zamanlardan başlamış, maraqlı tarixi olan, ibtidai icma quruluşunda yaranan bir incəsənətdir. Ölkəmizin ilk rəssamları Qobustan qayalıqlarındakı əl işlərinin müəllifləridir. Biz, məhz həmin rəssamların sayəsində o dövrdən xəbər tuta bilmişik. Öyrənə bilmişik ki, ovçular necə yaraqlanır, necə hiylələr işlədir, bu məmləkətdə daha çox hansı heyvanlar yaşayır? və s. Bir sözlə, belə düşünməyə əsas var ki, o vaxt kim gün ərzində nə edibsə, boş vaxt tapan kimi qayaların arxasına keçib, bilmədən, düşünmədən sənət yaradıblar. Qayaları kətan lövhələr, daş parçalarını isə fırçalar əvəz etsə də, min illərlə tarixi olan bu qaya rəsmləri tarixin yaddaş kitabəsinə çevriliblər. Amma həmin qayaüstü rəsmlər tam gücü ilə bir əsərdir! Üzərində min illərin kölgəsini saxlayan əsər. Bu baxımdan, hara getdiyimizi bilmək üçün əvvəlcə hardan gəldiyimizi yaxşı bilməliyik. Rəssamlıq bir əyləncə yox, sənət olaraq qalmalıdır ki, çəkilən rəsmlər sənədə, tarixin salnaməsinə çevrilə bilsin. Azərbaycan rəssamlığının memarlıqla qohumlaşmağa, ahəngləşməyə başladığı orta əsrlər Təbriz miniatür məktəbinin görkəmli rəssamları Sultan Məhəmməd, Mir Seyid Əlinin əsərləri kimi. Bəli, zaman keçəcək, min illər sonra gələcək, nəsillər bizi məhz həmin ahəngdarlıqla görə biləcəklər. Bəlkə də biz Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev sayəsində zamana meydan oxuya biləcəyik. Niyə də olmasın?! Əzim Əzimzadə it boğuşduranları (“İt boğuşdurma”), arvad döyən kişiləri (“Kişi arvadını döyür”), su üstündə baş yaranları (“Su üstündə dava”) və s. gördüyü kimi saxlaya bildi. Bu əsərlərin üstündən qoca bir adamın ömrü keçsə də, dəyişmədi, tarixiləşdi.
Tarixiləşən həm də “Abşeron bağları” oldu. Tahir Salahovun “Abşeron bağları”. Bəli, illər bir-birini əvəz edəcək, tarixiləşən incəsənətlərin içərisində dəyişməyən çox şey olacaq. Eynən Səttar Bəhlulzadənin dəyişməyəcək “Torpağın arzusu” kimi...

Türkan ABDULLAYEVA,
BDU nəzdində “Gənc istedadlar” liseyinin əməkdaşı
 

yuxarı ⤴