1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Uşaq şairi ilə görüş keçirilib
18.02.2017 / No6

 
 

 

 


Bakı Modern Təhsil Kompleksinin kitabxanasında yazıçı-şair Ələmdar Quluzadə ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə kompleksin direktoru Mina Əliyeva açaraq Ə.Quluzadənin uşaq şeirləri haqqında ətraflı məlumat verib. Bildirib ki, onun bu mövzuda olan bədii qələm məhsulları dilinin şirinliyi, rəvanlığı, orijinal üslubu ilə diqqəti cəlb edir. Ə.Quluzadənin çoxşaxəli yaradıcılığında uşaq ədəbiyyatının özünəməxsus yeri var. Təbiətə, folklora, xalq yaradıcılığına, insanların psixologiyasına yaxından bələd olması şairin uşaqlar üçün qələmə aldığı şeir və nağıllarda da öz əksini tapıb. Tədbirdə direktor müavini Nigar Əliyeva, kitabxana rəhbəri Ziba Şahbazova, müəllimlərdən Gülüstan Ağazadə, Firuzə Abdullayeva, Nərmin Səfərova, Kəmalə Kılınc, Səbinə Məmmədova iştirak edib. Şagirdlər müəllifin əsərlərindən ibarət səhnəcik göstərib, şeirlər söyləyiblər. Uşaqlar əsərlərini sevə-sevə oxuduqları şairə maraqlı suallarını da ünvanlayıblar.
Sonda şair öz oxucularına uşaqlıq illərindən bəhs edərək tövsiyələrini verməyi də unutmayıb və onlarla xatirə şəkilləri çəkdirib.

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”

yuxarı ⤴