1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Yaşıl xəzinəmizi qoruyaq!”
18.02.2017 / No6

 
 

 

 


Bakıdakı 57 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə məktəbin ərazisində iməcilik aksiyası keçirilib.
İməcilikdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin nümayəndəsi, təlimçi Cahandar Məmmədov, məktəbin müəllim heyəti və 30 nəfər şagird iştirak edib.
Tədbirdə öncə “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin nümayəndəsi, təlimçi Cahandar Məmmədov məlumat verərək bildirib ki, layihənin məqsədi ətraf mühitin mühafizəsində yeniyetmə və gənclərin rolunun artırılmasından ibarətdir.
Aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, məktəbin həyətində əkilən ağaclara qulluq göstərilib, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴