1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Elm xəbərləri
18.02.2017 / No6

 
 

 

 


“Windows 10” əməliyyat sistemi əsasında işləyən ilk “ağıllı” güzgü

Almaniyanın “Dirror” şirkəti divar güzgüsü ilə planşetin hibridi olan qurğular seriyasını satışa çıxarıb. “Dirror” qurğusu ilk rəqəmli güzgü olmasa da “Windows 10” əməliyyat sistemi əsasında işləyən ilk kommersiya məhsulu hesab edilə bilər.
www.hitech.newsru.com  saytının məlumatına görə, “ağıllı” güzgülər 3 müxtəlif versiyada istehsal edilir. Belə ki, “Dirror S” güzgüsü 10,1 düym diaqonallı ekranla təchiz edilib və təsvir ölçüsü 1280x800 piksel təşkil edir. “Intel Atom x5-Z8300” prosessoru ilə işləyən qurğu 2 Gb operativ və 32 Gb daxili yaddaşa malikdir. “Dirror S”in qiyməti 970 avrodur.
“Dirror M” versiyası 23 düymlük Full HD ekran, daha güclü “Intel Atom x7-Z8700” prosessoru, 4 Gb operativ və 128 Gb əsas yaddaşla təchiz edilib. Bu güzgünü 1870 avroya əldə etmək olar.
Qurğunun ən güclü versiyası “Dirror L” isə Full HD və ya WQHD təsvir ölçülü 27 düymlük ekrana malikdir. Dəyəri 2070-2470 avro təşkil edir.
Şirkətdən bildirilib ki, “Dirror” güzgüləri Bluetooth 4.0 və Wi-Fi modulları ilə təchiz edilib, həmçinin “Cortana” səs köməkçisini dəstəkləyir.

İşığın köməyi ilə çap texnologiyası hazırlanıb

Beynəlxalq tədqiqatçılar qrupu tərəfindən hazırlanmış ultrabənövşəyi lampanın köməyi ilə işıq çapı texnologiyası mətni eyni səthə 80 dəfəyə kimi yazmağa və silməyə imkan verir. Yeni texnologiyanın sirri xarici təsir nəticəsində rəngini dəyişən nanozərrəciklərdən ibarət nazik örtükdədir.
www.techcult.ru  saytının məlumatına görə, Şandun Universitetinin alimləri Kaliforniya Universiteti və Lourens Berkli Milli Laboratoriyasından olan həmkarları ilə birgə bu texnologiyanı “işıq çapı kağızı” adlandırıblar.
Çap prosesində adətən “rəngsiz fonda göy rəng” yaradılır, çünki belə daha yaxşı oxunulur, hərçənd əksinə də mümkündür. Çap edildikdən sonra yüksək təsvir ölçüsünə malik təsvir sənəd üzərində 5 gün qalır. Bundan sonra yavaş-yavaş yoxa çıxır və sənədin fonu göy rəngə çalır. Mətni cəld silmək üçün kağızı 10 dəqiqə ərzində 120 Selsi dərəcəyədək qızdırmaq lazımdır. Yeni texnologiya təbii resurslara xeyli qənaət etməyə imkan verəcək.

Süni intellekt onlayn-psixoloq kimi öz imkanlarını yoxlayır

Yaponiyanın “Goo” portalı və yapon axtarış sistemini idarə edən “NTT Resonant” şirkətinin mütəxəssisləri bir növ virtual psixoloq rolunda çıxış edərək insanlara məsləhətlər vermək imkanına malik “Oshi-el” süni intellekt sistemini hazırlayıblar.
www.dailytechinfo.org  saytının məlumatına görə, dərketmə və psixoloji planın mücərrəd məsələlərinə cavabların axtarışı, insanlar arasındakı münasibətlər və s. süni intellekt sistemləri üçün olduqca mürəkkəb məsələlər hesab edildiyindən tədqiqatçılar öz səylərini məhz bu istiqamətdə cəmləşdiriblər.
Xüsusilə Yaponiyada həyat və sevgiyə aid olan sualların cavabı çox mürəkkəb ola və mətnin tam səhifəsini əhatə edə bilər. Bu cavablar, bir qayda olaraq, ailə, məktəb, iş və s. kimi cavabın tərtib edilməsini olduqca mürəkkəb məsələyə çevirən bir çox müxtəlif kateqoriyalar arasında qarşılıqlı əlaqəni ehtiva edir.
Süni intellektin bütün müasir sistemləri kimi, “Oshi-el” sistemi “Goo” portalının “Oshiete” forumunun məlumat bazasında olan 190 min sual və 770 min cavab üzrə təlim keçib. Sistem suallara ən uyğun cavabın strukturunu əsas kimi götürüb, bazadan açar sözlərə əsasən seçilmiş sualın mətnində tapılan uyğun təklifləri seçib və kombinasiya edib.
“Bu sistem hələlik sərbəst olaraq mücərrəd mövzuya dair esse yazmağa qadir deyil. Bunun üçün sistem ona verilmiş sualı həqiqətən anlamalıdır”, - Karnegi Mellon Universitetinin alimi Di Van bildirib.
Yapon tədqiqatçıları gələcəkdə “Oshi-el” sisteminin süni intellektini cavabın tərtib edilməsi zamanı bütöv təkliflərlə deyil, ayrı-ayrı söz və söz birləşmələri ilə əməliyyat aparmaq səviyyəsində təkmilləşdirməyə hazırlaşırlar. Belə yanaşma sistemin daha dəqiq və ya geniş cavablar verməsinə imkan yaradacaq.

www.ikt.az saytının materialları əsasında hazırladı:
Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”
yuxarı ⤴