1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“İstedadlar sorağında - 2017” adlı festival keçirilib
18.02.2017 / No6

 
 

 

 


Bakı şəhərinin Xəzər rayonunda yerləşən 4 nömrəli Respublika xüsusi internat məktəbində Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Xəzər Rayon Gənclər və İdman İdarəsi, Xəzər Rayon Gənclər Evi ilə birlikdə internat məktəblərinin yaradıcı uşaq və yeniyetmələri arasında “İstedadlar sorağında - 2017” adlı festival keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məlumatına görə, festival 5 nominasiya üzrə (rəsm, rəqs, əl işləri, mahnı, bədii qiraət) keçirilib. Hər bir nominasiyada qalib gələn və fərqlənmiş iştirakçılara diplom və hədiyyələr təqdim olunub. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşı Çərkəz Tanrıverdiyev, Xəzər Rayon Gənclər Evinin müdiri Elşən Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri Həzərxan Əbilov çıxış ediblər.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴