1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

METODİKA
Ən yaxşı müəllimin dərs nümunəsi
20.02.2016/№7

 


Təranə RÜSTƏMOVA,

Bakı şəhər A.Vəliyev adına 258 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

III sinif
Riyaziyyat fənni

Mövzu: Vurma əməli.

Standart: 1, 2, 1. Vurmanı müxtəlif yollarla modelləşdirir.

Məqsəd: Vurma əməlinin nəticəsini eyni saylı əşya qrupu kimi başa düşür.

Vurmanı eyni ədədin ardıcıl forması kimi başa düşür.

Vurmanı riyazi ifadələrlə yazır.

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, araşdırma, təqdimat.

İş forması: qruplarla iş,cütlərlə iş.

İnteqrasiya: ana dili, musiqi.

Resurslar: kompüter, proyektor, prometan lövhə, dərslik və s.

Motivasiya: Motivasiya üçün aşağıdakı slaydı sinfə nümayiş etdirirəm.



Slayd üzrə kiçik hekayə qurulur:

Natəvangilin ailəsi Qarabağın gözəl guşələrinin birindən qaçqın düşüblər. Azərbaycanımızın başqa bir gözəl guşəsində məskunlaşıblar. Onların evlərində su yoxdur. Suyu bulaqdan aparırlar. Dövlətimiz qaçqın və məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə onlara yeni mənzillər tikir. Yaxınlarda onların da növbəsi çatacaq.

İndi isə Natəvan hər gün anasına su gətirməkdə kömək edir. Bu gün su gətirməyə gedərkən küpəgirən qarının bulağın qarşısını kəsdiyini gördü. Qarı belə bir şərt qoydu.

Əgər göydəki quşları asan yolla hesablaya bilsən, su götürə bilərsən. Natəvan belə bir misal qurdu:

2+2+2=6

Sinfə sual verirəm.

M.: Cavabı daha asan yolla necə tapmaq olar?

Ş.: 3x2=6

M.: Bu hansı əməldir?

Ş.: Vurma əməli.

Sonra aşağıdakı qrafik şagirdlərə təqdim olunur.




Verilmiş qrafikdə hansı əməldən söhbət getdiyi soruşulur. Şagirdlər cavab verirlər ki, bunlar vurma əməlinə aiddir. Sonra tədqiqat sualı qoyulur: Vuruqların yerini dəyişdikdə hasil nə üçün dəyişmir?

Şagirdləri araşdırmağa istiqamətləndirmək üçün aşağıdakı kimi tapşırıqlar üzərində iş aparılır.


Neçə gül qrupu, hər birində neçə gül olduğunu soruşuram. Cavab alıram ki, 6 qrup və hər birində 3 gül var.

M.: Bu misalı eyni toplananların cəmi şəklində necə yazmaq olar?

Ş.: 3+3+3+3+3+3=18 gül

M.: Bu misalı vurma əməli ilə necə ifadə etmək olar?

Ş.: 3x6=18 gül

Növbəti tapşırıq üzərində iş aparılır. Neçə cərgə və hər cərgədə neçə alma olduğunu soruşuram. Əvvəl eyni toplananların cəmi şəklində, sonra isə vurma əməli ilə yazdırıram.

4+4+4=12 alma

4x3=12 alma



Tətbiqetmə:

Tətbiqetmə məsələ həlli vasitəsilə həyata keçirilir.

Belə bir tapşırıq verilir. Hər birində 2 parabüzən olmaqla 8 qrup düzəldin.

Cütlərlə iş təşkil edilir:

Kim tez yazar?



Cütlərlə iş. Kim tez qurar?



Növbəti 2 tapşırıqda fərdi iş aparılır. Şagirdlərin vurmanı necə mənimsədikləri yoxlanılır. Lupanın köməyi ilə şagirdlərin düzgün cavabları yoxlanılır.




Növbəti tapşırıqda 3-ə vurmanı möhkəmləndirirəm.

Hazırlanmış başqa bir tapşırıq üzrə də cütlərlə iş təşkil edirəm.

Növbəti tapşırıq isə məchul ədədin tapılmasına aiddir.

Bu tapşırıqda isə vurmaya aid misallar həll edilir.



Sonra şagirdlərin mövzunu necə mənimsədiklərini bilmək məqsədi ilə qruplarla iş təşkil edirəm.

Qruplar öz işlərini verirlər. Son tapşırığımız arı pətəyi olur. Bu tapşırıqda şagirdlər rəqəmləri artan sıra ilə düzərək verilmiş cümləni oxuyurlar. Burada yazılmışdır: Torpaq, uğrunda ölən varsa, Vətəndir.

Uşaqlara ev tapşırığı verilir.

Sonda isə qiymətləndirmə aparıram.


Dərsi isə bu cümlələrlə bitirirəm: Uşaqlar! Hansı mövzunu keçiriksə keçək, hansı sənətin sahibi oluruqsa olaq, fərqi yoxdur, heç zaman unutmayın ki, ilk növbədə Vətəndir!

yuxarı ⤴