1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Mikayıl Cabbarov Qətər Dövlətinin təhsil və ali təhsil naziri ilə görüşüb
25.02.2017 / No7

 

 

 


Fevralın 20-də Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini Azərbaycana səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzülüb.
Qətərli nazir Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Həmin gün Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini təhsil naziri Mikayıl Cabbarovla görüşüb. Görüşdə Mikayıl Cabbarovun 2016-cı ilin may ayında Qətər Dövlətinə səfərinin nəticələrinə toxunulub və iki dövlət arasında təhsil sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Daha sonra Qətər Dövlətinin təhsil və ali təhsil naziri Bakı Dövlət Universitetini ziyarət edərək, universitetin rektor və professor-müəllim heyəti, həmçinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb.
Bundan sonra qətərli nazir “ADA” Universitetini ziyarət edib.
Hər iki universitetə ziyarət zamanı qonaqlara bu ali təhsil müəssisələrinin fəaliyyəti barədə ətraflı məlumat verilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
İki gün davam edən səfər çərçivəsində nümayəndə heyəti bir neçə ali təhsil müəssisəsini ziyarət edib.

 

yuxarı ⤴