1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının keçirilməsi barədə
25.02.2017 / No7

 
 

 

 


Azərbaycan Respublikası Azərbaycan Təhsil İşçiləri
Təhsil Nazirliyi Azad Həmkarlar İttifaqı
  Respublika Komitəsi
   
“21” fevral 2017-ci il “14”fevral 2017-ci il
№ 108 № 34/13

 

Ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının keçirilməsi barədə

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirlir. 2017-ci ilin mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü tamam olur. Ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə və onun xatirəsinə ehtiram əlaməti olaraq ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin şagird və tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadları üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti


QƏRARA ALIR:
 

1. Ali, orta və ilk peşə təhsili ixtisas müəssisələrinin şagird və tələbələri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalı 3 mərhələ üzrə 2017-ci ilin fevral-may aylarında keçirilsin.
2. Ali, orta və ilk peşə təhsili ixtisas müəssisələrinin şagird və tələbələrinin bədii yaradıcılıq festivalı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri sayılsın.
3. Festival qaliblərinin yekun konserti 2017-ci ilin may ayının birinci yarısında keçirilsin.
4. Bədii yaradıcılıq festivalının Əsasnaməsi (əlavə 1), Təşkilat Komitəsinin tərkibi (əlavə 2) və Münsiflər heyəti üzvlərinin (əlavə 3) siyahısı təsdiq edilsin.
5. Respublika Təşkilat Komitəsi, ali təhsil müəssisələrinin rəhbərləri, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri:
- festivalın yüksək səviyyədə keçməsi üçün tələbələrə lazımi şəraitin yaradılmasını;
- bu qərarla təsdiq edilmiş Əsasnamənin şərtlərinə uyğun olaraq festivalın keçirilməsini;
- yekun konsertin KİV tərəfdən işıqlandırılmasının təmin olunması.
6. Bədii yaradıcılıq festivalının keçirilməsi ilə bağlı tərəflər öz üzərinə aşağıdakıları götürür:
6.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
Festival qaliblərinin yekun konsertinin keçirilməsi üçün yerin icarəyə götürülməsini;
Səhnənin qoyulması, dekorasiya;
Festivalın media təminatı.
6.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:
- Festivalda 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülənlərə hədiyyələrin alınmasını;
- Diplomların, dəvətnamələrin hazırlanmasını;
- Münsiflər heyətinin sədrinə 800 manat, üzvlərinə 500 manat, yekun konsertin quruluşçu-rejissoruna 300 manat məbləğində pul mükafatının ayrılmasını
- Müsabiqənin I və II mərhəsinin keçirilməsi zamanı Münsiflər heyətinin zonalarda iştirakının təmin olunmasını;
- Respublika mərhələsində bölgələrdə təhsil alan iştirakçıların Bakıya ezamiyyə xərclərinin ödənilməsini.
7. Tərəflər festivalın keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.
8. Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni-kütləvi və idman işləri şöbəsi (R.Nəzirov) bu qərardan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etsinlər.
9. Təhsil Nazirliyinin və Respublika Komitəsinin müvafiq şöbələri qərar və əlavələrin «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və internet səhifələrində yerləşdirilməsini təmin etsinlər.
10. Qərarın icrasına nəzarət nazir müavini F.Qurbanova və sədr müavini M.Cəfərzadəyə həvalə olunsun.

 

Mikayıl Cabbarov
Azərbaycan Respublikasının

təhsil naziri
Səttar Mehbalıyev
Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri

 

Əlavə:
1. Ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçiriləcək  bədii yaradıcılıq festivalının Əsasnaməsi
2.Təşkilat Komitəsinin tərkibi
3. Münsiflər heyəti

yuxarı ⤴