1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Novruz mühazirələri”nə başlanılıb
25.02.2017 / No7

 

 


Fevralın 21-də Təhsil Nazirliyi “Novruz mühazirələri”nə start verib.
İçərişəhərdə- “Muğam klub”da keçirilən “Novruz mühazirələri”nin ilk görüşündə xalq yazıçısı Çingiz Abdullayev “Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa...” mövzusundan bəhs edib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, təhsil ekspertləri, yazarlar, KİV nümayəndələri iştirak edib.
Xalq yazıçısı həyat və yaradıcılığının maraqlı məqamlarından danışıb, gənclərin dövlətin gələcəyində əsas rol oynadığını, onların hərtərəfli inkişafında kitaba, elmə olan marağın dayandığını deyib. Müasir dünyada texnologiyaların sürətlə inkişaf etdiyini bildirən yazıçı gənclərdə dünyagörüşünün formalaşmasında təhsil və mütaliənin vacibliyini vurğulayıb.
Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov xalq yazıçısına “Novruz mühazirələri”ndə iştirakına görə təşəkkürünü bildirib.
“Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.
Təhsil Nazirliyi ötən ildən başlayaraq “Novruz mühazirələri” keçirir. Mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri, ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı, postmodernizm və təhsil mövzularından bəhs ediblər.
 

yuxarı ⤴