1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Terror qurbanlarının xatirəsinə həsr olunan barelyefin açılışı
25.02.2017 / No7

 

 

 


Fevralın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunan barelyefin açılışı olub. Tədbirdə Milli Məclisin deputatları, universitetin professor-müəllim heyəti, terror qurbanlarının yaxınları iştirak ediblər.
Açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı terror qurbanlarının xatirəsinin daim əziz tutulduğunu deyərək bununla faciədə həlak olanların valideynlərinin az da olsa təsəlli tapdığına inandığını bildirib.
Barelyefin hazırlanmasında əməyi olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov bütün ölkəni sarsıdan bir faciənin qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Milli Məclisin deputatları Məlahət İbrahimqızı, ADNSU-nun professoru Hüseynbala Mirələmov bu terror hadisəsinin ağır nəticələrindən söz açıblar.
Mərasimdə 30 aprel terror qurbanlarının valideynləri çıxış edərək barelyefin hazırlanmasında əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
 

yuxarı ⤴