1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“BDU-nun Fəxri qonağı” diplomu təqdim edilib
25.02.2017 / No7

 

 

 


Bakı Dövlət Universitetində (BDU) Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Qonaqları salamlayan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Qətər Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrdən danışıb. Ölkəmizin uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu, islam dininin yayılmasında, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynadığını deyən rektor bu gün dünyada gedən proseslərə, bir çox kataklizmlərə, müxtəlif ölkələrdə baş verən fəlakətlərə baxmayaraq, Azərbaycanın bütün bunlardan həm iqtisadi, həm mədəni-mənəvi müstəvidə ləyaqətlə keçdiyini və öz varlığını, möhtəşəm tarixini bir daha ortaya qoya bildiyini diqqətə çatdırıb. Ötən illər ərzində ölkə başçısı İlham Əliyevin və Qətər Dövləti Əmirinin dəfələrlə rəsmi görüşlərinin olduğunu deyən akademik A.Məhərrəmov ölkələrarası çoxsaylı sənədlərin imzalanmasına da diqqət çəkib.
Rektor qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri, o cümlədən islam universitetləri ilə əlaqələri barədə məlumat verib. Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin islam dünyasının tanınmış elm, təhsil təşkilatçılarından biri olduğunu deyən rektor, ona “BDU-nun Fəxri qonağı” diplomunu təqdim edib.
Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi Bakı Dövlət Universitetində olmasından, “BDU-nun Fəxri qonağı” adına layiq görülməsindən məmnunluğunu ifadə edib, gələcək fəaliyyətində də elm və təhsil sahəsində əlaqələrin inkişafına dəstək verəcəyini vurğulayıb.
İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevin çıxışından sonra tədbir tələbələrin çoxsaylı sualları ilə davam edib.
Sonda nümayəndə heyəti universitetin elmi-tədqiqat və tədris laboratoriyaları ilə tanış olub.

Mətbuat və informasiya şöbəsi
 

yuxarı ⤴