1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






UNEC pilot universitet seçilib
25.02.2017 / No7

 

 

 


Azərbaycan ali təhsil sistemində keyfiyyət təminatı üzrə yeni standart və təlimatlar təsdiqlənib. Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən yeni akkreditasiya qaydaları “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” Tvinninq layihəsi çərçivəsində hazırlanıb.
Yeni akkreditasiya qaydalarının tətbiqi ilə əlaqədar UNEC pilot universitetlərdən biri seçilib. Bu məqsədlə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov, layihəni həyata keçirən Finlandiya və Estoniyanın təhsil ekspertləri UNEC-də olublar.
“Hədəfimiz dünya səviyyəli ali məktəblər sırasında olmaqdır”,- deyən UNEC-in rektoru, professor Ədalət Muradov ekspertlərlə görüşü zamanı universitet haqqında, tədrisin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən yeniliklər barədə məlumat verib. Bildirib ki, UNEC-in keyfiyyət təminatı üzrə yeni standart və təlimatların tətbiqində pilot universitet kimi seçilməsi təhsilin keyfiyyətinin daha da artmasına xidmət edəcək.
Görüşdə mütəxəssislər layihə barədə ətraflı məlumat verərək bildiriblər ki, məqsəd universitetdə strateji planlaşdırma, idarəetmə, insan resursları, təhsil proqramları, tədqiqat fəaliyyəti, eləcə də tədris və təlim resursları, dəstək xidmətlərini Avropa standartlarına uyğunlaşdırmaqdır.
Sonra İşçi qrupunun hazırladığı özünütəhlil hesabatı ekspertlərə təqdim olunub.
Qeyd olunub ki, layihənin qiymətləndirilməsi dörd mərhələ üzrə aparılacaq: beynəlxalq qiymətləndirmə qrupunun təyin edilməsi və təlimləndirilməsi, ali təhsil müəssisəsi tərəfindən özünütəhlilin aparılması, ali təhsil müəssisəsinə səfər və hesabatın dərc olunması. Qiymətləndirmə beynəlxalq və yerli ekspertlərdən ibarət qrup tərəfindən həyata keçiriləcək.
Layihə çərçivəsində ekspertlərin UNEC-ə səfərləri təşkil olunacaq.

yuxarı ⤴