1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
ADNSU-da Elmi Şuranın iclası keçirilib
25.02.2017 / No7

 

 

 


Fevralın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın iclası keçirilib. İclası açıq elan edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəmdə duran məsələlərə keçməzdən əvvəl AMEA-nın həqiqi üzvü, ADNSU-nun BA (MBA, BBA, ZU) Proqramlarının direktoru, professor Rafiq Əliyevi 75 illik yubileyi münasibətilə təbrik edib, ona həyat və fəaliyyətində müvəffəqiyyət arzulayıb. Ona göstərilən diqqətə görə, rektor M.Babanlı başda olmaqla Elmi Şura üzvlərinə təşəkkürünü bildirən professor R.Əliyev bundan sonra da universitetin uğurları üçün əlindən gələni edəcəyini söyləyib.
İclasda tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov ADNSU-da 2016/2017-ci tədris ilində qış imtahan sessiyasının yekunları barədə geniş məlumat verib, ayrı-ayrı fakültələrin müvəffəqiyyət göstəricilərini və digər statistik məlumatları diqqətə çatdırıb.
Sonra Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun (SMİİYİ) direktoru, dosent Hamlet Hüseynovun, kimya-texnologiya fakültəsinin dekanı, dosent Fəttah Həşimovun illik hesabatları dinlənilib.
Elmi Şuranın iclasında həmçinin bakalavr səviyyəsində təhsil alan III və IV kurs tələbələrinin ilboyu gündəlik təcrübələrinin təşkil edilməsi, dərslərin əvəz edilməsi və ixtisasartırma ilə bağlı sənədləşmə, “ADNSU-nun əməkdar professoru” fəxri adının verilməsi barədə əsasnamə və başqa məsələlər müzakirə olunub.
 

yuxarı ⤴