1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
SDU ilə Tədris Mərkəzi arasında müqavilə imzalanıb
25.02.2017 / No7

 

 

 


Fevralın 23-də “Azərişıq” ASC-nin Tədris Mərkəzinin “Gənclik” korpusunda Sumqayıt Dövlət Universiteti ilə Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu münasibətlə keçirilən tədbirdə “Azərişıq”ASC Tədris Mərkəzinin direktoru Vüqar Əliyev təmsil etdiyi qurumda həyata keçirilən yeniliklər barədə məlumat verib.
Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verərək təhsilin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən söz açıb. Qeyd edilib ki, ali təhsil müəssisəsi bir çox müəssisələrlə əməkdaşlıq müqaviləsi imzalayıb, bunun nəticəsində tələbələr ixtisaslarına uyğun olaraq təcrübədə olurlar.
Rektor bu əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətli olmaqla yanaşı, ölkəmizin kadr potensialının inkişafına böyük töhfələr verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Sonra Tədris Mərkəzinin direktor müavini Əvəz Paşayev, SMS Tədris şöbəsinin rəisi Araz Məmmədli, dosentlər Hikmət Əliyev, Qara Həsənov, aparıcı mühəndis Əli Cəlallı mərkəzdə olan müasir cihaz və avadanlıqlarla təchiz olunmuş laboratoriya və sinif otaqları haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, müqavilədə qarşılıqlı əməkdaşlıq şəraitində hər iki tərəfin elmi-texniki və tədris əlaqələrinin genişləndirilməsi, uyğun ixtisaslar üzrə bakalavriat səviyyəsində təhsil alanların istehsalat təcrübələrinin, uyğun ixtisaslaşmalar üzrə isə magistrantların elmi-tədqiqat təcrübələrinin təşkili, Sumqayıt Dövlət Universitetinin elmi potensialını stimullaşdırmaq və digər mühüm məsələlər öz əksini tapıb.
 

yuxarı ⤴