1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
ATU-nun iki tələbəsi təhsilini Avropada davam etdirəcək
25.02.2017 / No7

 
 

 

 


Azərbaycan Texnologiya Universitetinin (ATU) iki magistrantı “Erasmus+” tələbə mübadiləsi proqramı çərçivəsində bir semestrlik Avropada təhsil almaq imkanı əldə edib. Magistrantlar 2016-2017-ci tədris ilinin 2-ci semestri ərzində təhsillərini Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşən Pan Avropa Universitetində davam etdirəcəklər.
Yola düşməzdən əvvəl tələbələrlə görüşən ATU-nun rektoru, professor Akif Süleymanov onlara bu imkandan maksimum yararlanmağı, təhsil alacaqları müddət ərzində bilik və bacarıqlarını artırmağı tövsiyə edib.
Tələbələr çıxış edərək bu cür nüfuzlu beynəlxalq təhsil layihələrində iştirak imkanı yaradıldığı üçün universitetin rəhbərliyinə minnətdarlıq ediblər.
Elm və xarici əlaqələr mərkəzinin direktoru Tacəddin Bayramov təhsil almağa gedən magistrantlar haqqında məlumat verib. Qeyd olunub ki, Tural Həsənli ATU-nun avtomatika, telekommunikasiya və informatika fakültəsinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası, Asif Hacıyev isə həmin fakültənin telekommunikasiya ixtisası üzrə təhsil alır. Proqram çərçivəsində tələbələr təhsillərini Pan Avropa Universitetində telekommunikasiya ixtisası üzrə davam etdirəcəklər. Yol xərcləri də proqram hesabına təmin edilən tələbələr eyni zamanda 5 ay boyunca aylıq 750 avro məbləğində təqaüd alacaq və tibbi sığorta ilə təmin olunacaqlar. Azərbaycanlı gənclər bu müddət ərzində universitetin yataqxanasında qalacaq, təhsillərini müvəffəqiyyətlə başa vurduqdan sonra semestrin sonunda Pan Avropa Universitetinin sertifikatını alacaqlar.
Qeyd edək ki, son bir ildə ATU-nun 7 tələbəsi müxtəlif mübadilə proqramlarında iştirak edərək təhsillərini xarici universitetlərdə davam etdirmək imkanı əldə edib.

Mətbuat xidməti
 

yuxarı ⤴