1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





İctimai Nəzarət Şurası Azərbaycan Dillər Universitetinin fəaliyyətini yüksək qiymətləndirdi
25.02.2017 / No7

 

 


Fevralın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. ADU İctimai Nəzarət Şurasının üzvlərinin də iştirak etdiyi iclasda 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları geniş müzakirə olunub.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev İctimai Nəzarət Şurasının yaradılmasının məqsədləri və fəaliyyəti barədə söz açıb. Ə.Abdullayev bildirib ki, ADU İctimai Nəzarət Şurasının əsas xarakterik xüsusiyyəti onun fəaliyyətinin təkcə imtahan sessiyaları dövrünü deyil, bütün tədris ilini əhatə etməsidir. Professor xatırladıb ki, İctimai Nəzarət Şurasının hərtərəfli fəaliyyəti üçün universitetdə hər cür şərait yaradılıb və şuranın bundan sonrakı işi də eyni qaydada davam edəcək.
ADU İctimai Nəzarət Şurasının sədri Əliməmməd Nuriyev çıxışında rəhbərlik etdiyi şuranın fəaliyyətindən söz açaraq onlara yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edib. İctimai Nəzarət Şurasının apardığı monitorinq haqqında danışan Ə.Nuriyev ADU-nun yeni münasibətlər sisteminə qədəm qoyduğunu xüsusi qeyd edib. Onun sözlərinə görə, universitetdə ictimai iştirakçılıq tam təmin olunub, müəllim-tələbə, eləcə də rəhbərlik-müəllim-tələbə münasibətləri keyfiyyətcə yeni mərhələyə daxil olub ki, bu da nəticə etibarilə tədris sisteminin müasir standartlara cavab verməsinə xidmət edir. İmtahanların gedişinə gəlincə, payız imtahan sessiyasında obyektivlik və şəffaflıq, imtahan sisteminə birbaşa baxış tam təmin olunub, tələbələrin işləri diqqətlə yoxlanılıb və yazı işlərinin nəticələri ilə bağlı müraciətlərə həssaslıqla yanaşılıb. Universitetin bütün tədris binalarında şəffaf qutuların qoyulduğunu xatırladan Ə.Nuriyev həmin qutulara atılmış müraciətləri ətraflı təhlil etdiklərini və ciddi bir problem aşkar etmədiklərini deyib, qurumun bəzi təkliflərini diqqətə çatdırıb.
ADU İctimai Nəzarət Şurasının üzvü Etibar Əliyev universitetdə aparılan islahatların ölkənin təhsil sistemində aparılan islahatların tərkib hissəsi olduğunu vurğulayıb. O bildirib ki, ADU-da payız imtahan sessiyasının yüksək səviyyədə təşkili də məhz bu islahatlara, tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Daha sonra fakültə dekanlarının payız imtahan sessiyası ilə bağlı hesabatları dinlənilib.
ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev isə çıxışında Təhsil Nazirliyi tərəfindən keçirilən akkreditasiyanın nəticələrini araşdıran komissiyanın hazırladığı arayışı Elmi Şura üzvlərinin diqqətinə çatdırıb və görüləcək tədbirlər barədə məlumat verib.
İclas ADU-nun yubileyi olan bir neçə işçisinin də mükafatlandırılması, cari məsələlərin müzakirəsi ilə başa çatıb.

İnformasiya Departamenti
 

yuxarı ⤴