1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Elm xəbərləri
25.02.2017 / No7

 
 

 

 


Dünyanın ən kiçik kompüteri təqdim olunub

Məlumdur ki, 2015-ci ildə Miçiqanın (ABŞ) “Micro Mote” şirkəti bir neçə millimetr ölçüyə malik kompüter sistemini təqdim etmişdi. Şirkətin 2017-ci ildə hazırladığı sistem isə artıq bir kub millimetr həcmə malikdir. Bundan başqa, “Micro Mote” bir-birindən daxili yaddaşın həcmi və funksional imkanları ilə fərqlənən ən kiçik ölçülərə malik kompüterlər istehsal edir. Bu kimi miniatür hesablayıcı texnikanın tətbiq sahələri Əşyaların İnterneti və tibbi təyinatlı “ağıllı” qurğulardır.
www.dailytechinfo.org  saytının məlumatına görə, avtomobilin yanından keçən şəxslərin səsinin tanınması, temperaturun və ya işıqlandırmanın səviyyəsinin ölçülməsi kimi məsələlərin həlli üçün “Micro Mote” prosessorlarına bir neçə nanovatt enerji tələb olunur. Yeni yığcam radioötürücü məlumatların 20 metrə qədər məsafəyə ötürülməsini təmin edir. Bu da ötən il təqdim edilmiş, məlumatları yalnız 50 santimetr məsafəyə etibarlı ötürə bilən qurğuların əvvəlki nəslinin imkanları ilə müqayisədə yüksək göstəricidir.
Mikrokompüterin yuxarı hissəsində kompüterin akkumulyatorunu hətta az intensiv işığın hesabına yükləmək imkanına malik günəş batareyası yerləşdirilib. Kompüterin normal işi üçün adi otaqda olan işıqlandırma səviyyəsi kifayət edir.
Qeyd edək ki, “Micro Mote” mikrokompüterlərinin əsasını ilk variantı hələ 2008-ci ildə hazırlanmış “Phoenix” unikal prosessoru təşkil edir.
 
Tamamilə iflic olmuş insanlar ünsiyyət qura biləcəklər

Tamamilə iflic olmuş insanlar beyinin fəallığını oxuyan və düşüncələri tanıyan “interfeys-kompüter” texnologiyası sayəsində ünsiyyət qura biliblər. Əlbəttə, indiki halda mürəkkəb düşüncələrdən söhbət gedə bilməz. Belə ki, sistem hələlik “bəli” və “xeyir” cavabları ilə kifayətlənir. Yeni metod qeyri-invazivdir, yəni məlumatların toplanması üçün dəri vasitəsilə bədənə nüfuz etməyə ehtiyac yoxdur.
www.vesti.ru  saytının məlumatına əsasən, isveçrəli alimlər yeni texnologiyanın yaradılması üçün tədqiqat aparıblar. Sınaqda iştirak edən 4 pasiyentə yan amiotrofik skleroz diaqnozu qoyulub. Bu, üst və alt hərəkətedici neyronların zədələndiyi mərkəzi əsəb sisteminin degenerativ xəstəliyidir. Bütün bunlar iflic olmağa və əzələ atrofiyasına gətirib çıxarır. Başqa sözlə, insanlar əzələlərə nəzarət edə bilmirlər. Tədqiqat zamanı pasiyentlərə təkhecalı cavablar (“bəli” və “xeyr”) tələb edən suallar verilib. Qeyri-invaziv interfeys alimlərə beyində dövr edən qanda oksigen tərkibinin dəyişikliyini ölçərək cavabları deşifrə etməkdə kömək edib.
“Beyin-kompüter” interfeysinin yaradılması üçün beyinin fəallığını qeydə alan iki qurğu birləşdirilib. Alimlər yaxın infraqırmızı sahədə spektroskopiyanı həyata keçirən cihazdan və insanın yatıb-yatmadığını anlamaq məqsədilə beyin dalğalarının qeydə alınması üçün elektroensefaloqrafdan istifadə ediblər. Alimlər interfeysin “bəli” və “xeyr” cavablarını 70 faiz dəqiqliklə qeydə alması üçün təxminən 3 həftə sərf ediblər. Sonra onlar pasiyentlərlə başqa mövzularda ünsiyyət saxlamağa başlayıblar.
Qeyd edilib ki, bu kimi pasiyentlərin ünsiyyət qabiliyyətinin bərpası hərəkətedici funksiyaların bərpasına aparan yolda mühüm addımdır.
 
Alimlər səsin emosional çalarlarını müəyyən edə bilən sistem hazırlayıblar

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri danışıq tonunu (xoşbəxt, kədərli və ya neytral) müəyyənləşdirə bilən sistem hazırlayıblar. Yeni hazırlama Asperqera sindromundan və danışıq vasitəsilə emosiyanı düzgün ifadə etməyə mane olan digər problemlərdən əziyyət çəkən insanların həyatını əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər.
Emosiyaların təyini sistemi real vaxt rejimində səsin emosional çalarlarını müəyyən etmək imkanına malik şəxsi qurğudur. Qurğunun iş prinsipi kədərli hekayə və enerjili, şən nağıllarla uzun pauza və monoton səslər arasındakı korrelyasiyaya əsaslanır. Qurğu əllərin üzə qaldırılması və onların vurnuxmasının çoxistiqamətli hərəkətlərini də nəzərə alır. İdeya müəllifləri iddia edirlər ki, sistem ümumi danışıq tonunu 83% dəqiqliklə müəyyən edə bilir.
www.innotechnews.com saytının məlumatına görə, hazırda texnologiya ilkin mərhələdədir, onun kütləvi şəkildə yayılması hüquq normalarıyla dayandırılmış ola bilər. Belə ki, qurğu düzgün işləsin deyə hər iki danışıq iştirakçısının məlumatlarını təhlil etməli, qeydə almalı və real vaxt rejimi ilə söhbətə nəzarət etməlidir.
Tərəflərin razılığı olmadan söhbətin qeydə alınması qeyri-qanuni hesab edilir, buna görə də qurğudan istifadə edəcək insan öncə şəxsi məxfilik məsələsini həll etməlidir.

www.ikt.az  saytının materialları əsasında hazırladı:
Yusif ƏLİYEV, “Azərbaycan müəllimi”
yuxarı ⤴