1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Uğrunda qan tökülən torpaq Vətən adlanır”
25.02.2017 / No7

 

 

 


Bakıdakı 258 nömrəli tam orta məktəbdə bu təhsil ocağının adını daşıdığı şəhid Arif Vəliyevin xatirəsinə həsr olunmuş “Uğrunda qan tökülən torpaq Vətən adlanır” adlı ədəbi-bədii kompozisiya keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında Dövlət bayrağı səhnəyə gətirilib. Tədbir iştirakçıları Vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Sədaqət Hüseynova açaraq qeyd edib ki, rəhbərlik etdiyi təhsil ocağında hər il şəhid Arif Vəliyevin əziz xatirəsini yad etmək artıq ənənə halına çevrilib.
Şagirdlər tərəfindən vətən haqqında söylənilən şeirləri, ifa edilən mahnıları tədbir iştirakçıları maraqla qarşılayıblar. Məktəbin şagirdləri tərəfindən hazırlanan musiqili kompozisiyalar dinlənilib. Şagirdlər məktəbdə onlara vətənpərvərlik ruhunun çox möhkəm şəkildə aşılandığını bir daha öz çıxışları ilə sübut ediblər. Onlar vətənimizin gözəlliklərinə, dilimizə, qəhrəmanlarımıza, ümummilli liderimizə və cənab Prezidentimizə həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirdə Milli Məclisin deputatları Adil Əliyev, Aydın Mirzəzadə, Nərimanov Rayon Ağsaqqalar Şurasının sədri Miri Həsənov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Şirindil Əhmədov çıxış edərək belə tədbirlərin təhsil müəssisələrində keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib, bu işlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.
Müğənnilər Vaqif Şıxəliyev və Sahib İbrahimov ifa etdikləri vətənpərvərlik mahnıları ilə tədbiri daha da maraqlı və yaddaqalan ediblər.
Şəhid Arif Vəliyevin anası Sona Vəliyeva tədbirə Arifin adını deyib gələn qonaqlara öz təşəkkürünü bildirib. O, şəhidlərə və onların ailə üzvlərinə göstərilən böyük diqqətə görə Azərbaycan xalqına və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdar olduğunu söyləyib.
Tədbirin sonunda məktəbin ibtidai sinifləri arasında keçirilən “Arif zirvəsini fəth edək” şahmat turnirinin qalibləri mükafatlandırılıb.
 

yuxarı ⤴