1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Ekoloji problemlərin həlli” mövzusunda tədbir
25.02.2017 / No7

 
 

 

 


Bakıdakı 13 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən kiçik akademiyanın aylıq hesabatı çərçivəsində “Ekoloji problemlərin həlli” mövzusunda “Biologiya və kimya” kafedrasının hesabatı dinlənilib. Tədbirdə ekologiya ilə bağlı məktəbdə görülən işlər haqqında danışılıb. Şagirdlərin hazırladığı təqdimatlara baxılıb, müzakirəyə qoyulub. Təqdimat işlərinin müasir dövrün tələblərinə cavab verib-vermədiyi araşdırılıb.
Əvvəlcə məktəbin biologiya müəllimi Güllər Cavadova “Sağlam həyat - sağlam qida” mövzusunda məruzə və slaydla çıxış edib. Kimya müəllimlərindən Rəna Saniyeva “Məişət kimyası vasitələri-faydası və zərərləri” haqqında məruzə edib. Qeyd olunub ki, məişət vasitələri olmadan həyatımızı təsəvvür etmək mümkün deyil, lakin onlardan ağıllı şəkildə istifadə etmək lazımdır ki, sonra müxtəlif fəsadlarla üzləşməyək.
Sonra IX “a” sinif şagirdlərindən Tural Salmanovun “Su damlasını qoruyaq”, Kənan Bəhrəmovun “Ekoloji problemlərin həlli”, Məryəm Moqbəliyevanın “Biogeosenozda qida zəncirinin qırılma səbəbləri”, Səmayə Hüseynlinin “Heyvanlar bizim əyləncəmiz deyil”, VII “b” sinif şagirdlərindən Ağadadaş Balaqədəşovun “Azərbaycanın “Qırmızı kitabı” - nəsli kəsilməkdə olan heyvanlar”, VIII “b” sinfindən Ömər İsrafillinin “Gündəlik işlətdiyimiz bəzi vasitələrin xeyri və zərəri”, VIII “a”-dan Ayan Quliyevanın “Ətraf mühitin çirklənməsi” mövzularında təqdimatları dinlənilib.
Tədbirin sonunda şagirdlər ətraf mühitin təmiz olmasının vacibliyini diqqətə çatdırıb, hər kəsin bu problemlərin həllində vəzifəsinin nələrdən ibarət olduğunu söyləyiblər.
Sonda biologiya müəllimi Səkinə Rəcəbli “Sağlam həyat mühiti - sağlam cəmiyyət” mövzusunda çıxış edib. O bildirib ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirsə bir çox ekoloji problemlərin həllinə nail olarıq.
Məktəbin direktoru Yaqut Sadıqova və direktor müavini Nuridə Qarayeva tədbir haqqında öz fikirlərini bildirib, onu yüksək dəyərləndiriblər.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴