1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Şairlə görüş keçirilib
25.02.2017 / No7

 
 

 

 


Fevralın 18-də Bakı şəhəri 204 nömrəli tam orta məktəbdə nəğməkar şair Vüqar Əhmədlə görüş keçirilib. “İmzalı görüş” layihəsi çərçivəsində baş tutan tədbiri məktəbin direktoru Ziba Rzayeva açaraq şairi salamlayıb, onu tədris müəssisələrində görməkdən məmnun olduqlarını bildirib. Yaradıcı ziyalılarla bilavasitə təmasın məktəblilərin bədii-estetik zövqünün formalaşmasında mühüm rol oynadığını deyən Z.Rzayeva belə görüşlərin məktəblərində sistemli hal aldığını diqqətə çatdırıb.
Sonra şairin yaradıcılığını əks etdirən slaydlar nümayiş olunub. Görüş məktəbin istedadlı şagirdlərinin çıxışları ilə davam edib. Məktəblilər Vüqar Əhmədin Vətən, ana, məktəb və s. mövzularda yazdığı şeirlərini səsləndirib, sözlərinə yazılmış mahnıları ifa ediblər. Tədbirdə şair şagirdlərin verdikləri sualları cavablandırıb. Vüqar Əhmədin kamançada ifası iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Görüşdə iştirak edən şairin qızı Almaxanımın ifa etdiyi mahnılar da tədbirə xüsusi rəng qatıb. Sonda şair söz alaraq yüksək səviyyədə təşkil olunan tədbirə görə məktəbin rəhbərliyinə, müəllim kollektivinə və şagirdlərə təşəkkürünü bildirib.

Y.ƏLİYEV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴