1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Ana dilim, yaşa, dilim!”
25.02.2017 / No7

 

 

 


Fevralın 21-də Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə 21 fevral -Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilim, yaşa, dilim!” adlı tədbir keçirilib.
Əvvəlcə qonaqlar foyedə məktəbin ibtidai sinif şagirdlərinin ana dilinə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar. Məktəbin IV “a” və “ə” siniflərinin təşkil etdiyi tədbir Dövlət himninin ifası ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin gözəlliyi, orijinallığı və dilimizin tarixi haqqında söylədiyi fikirləri əks etdirən videoslayd nümayiş olunub.
“Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, onu inkişaf etdirən ən güclü vasitədir. Biz ana dilimizi yaxşı bilməli və onu qorumalıyıq”- çıxışına bu sözlərlə başlayan məktəbin direktoru Ədalət Camalova bildirib ki, Azərbaycan dili əsrlər boyu inkişaf edərək zamanlardan süzülə-süzülə gəlmiş, kamil bir dilə çevrilmişdir. Azərbaycan dilinin dövlət dili kimi rəsmən tanınmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini qeyd edən direktor onun Azərbaycan dilinin inkişafına hər zaman böyük önəm verdiyini söyləyib.
Tədbirin aparıcıları Elba, Hüseyn və Yeganə dil haqqında müdriklərimizin hikmətli sözlərindən, görkəmli şəxsiyyətlərin aforizmlərindən nümunələr söyləyərək, dilin bəşəriyyət tarixində insanların əldə etdiyi ən böyük nailiyyət olduğunu diqqətə çatdırıblar.
Tədbirdə iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Şahrza Ağayev tədbirin yüksək səviyyədə təşkilinə görə məktəb rəhbərliyinə və çıxış edən dördüncülərə təşəkkürünü bildirib. Dilimizin tarixi barədə danışan Ş.Ağayev onun qorunub və inkişaf etməsində böyük xidməti olan ümummilli lider Heydər Əliyevin gördüyü işlərdən söz açıb.
Bakıdakı gözdən əlil uşaqlar üçün 38 nömrəli 11 illik musiqi məktəbinin IV sinif şagirdi Rəvanə Ağamirova ifa etdiyi ana dilinə həsr olunmuş mahnısı ilə iştirakçılarda xoş ovqat yaradıb.
Məktəbin şagirdləri xalq şairləri Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Zəlimxan Yaqubun ana dilinə həsr olunmuş şeirlərindən söyləyiblər, mahnılar ifa ediblər. Onlar tədbiri yallı rəqsi ilə yekunlaşdıraraq dünya azərbaycanlılarının birliyini nümayiş etdiriblər.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”

 

yuxarı ⤴