1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Ana dilimizi sevək, qoruyaq”
25.02.2017 / No7

 

 

 


Fevralın 21-də Bakıdakı 182 nömrəli tam orta məktəbdə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimizi sevək, qoruyaq” adlı tədbir keçirilib.
Tədbirin aparıcıları ana dilimiz haqqında danışaraq bidiriblər ki, bizim müqəddəs sərvətimiz, anamızın bizə layla dediyi şirin dil, bizim Azərbaycan dilimizdir. Bu dil ömrümüzə məna verən, onu gözəlləşdirən, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır.
Məktəbin V “L” sinfinin şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Raziyyə Şükürovanın rəhbərliyi ilə ana dilimizə həsr olunmuş şeirlər söyləyiblər, mahnılar ifa ediblər.
Tədbirin sonunda məktəbin direktoru Zinyət Tağıyeva çıxışında ana dilimizin saflığı, təmizliyi və qorunması məsələlərinə toxunaraq bildirib ki, inkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir və böyük gələcəyə malikdir. Tədbir xalq şairi Bəxtiyar Vahabzadənin “Ana dilim” şeirinin videoslaydının nümayişi ilə yekunlaşıb.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴