1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Mənim ana dilim”
25.02.2017 / No7

 
 

 

 


Bakıdakı 218 nömrəli tam orta məktəbdə 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar Azərbaycan dili və ədəbiyyat müəllimi Roza İsmayılovanın təşkilatçılığı ilə “ Mənim ana dilim” adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Hüseynağa Qasımov, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Kamran İsalı, Səftər Dədəcanov çıxış etdilər.
6 “ə” sinif şagirdlərinin ifasında C.Məmmədquluzadənin “Anamın kitabı” əsərindən ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Sonra Almas İldırımın “Qara dastan”, Bəxtiyar Vahabzadənin “Latın dili”, “Ana dilim”, S.Rüstəmxanlının “Anamın məktubu”, Ş.İ.Xətainin “Söz”, X.R.Ulutürkün “Mənim dilim” və başqa şeirlər şagirdlər tərəfindən söylənildi. Həmçinin “Mənim ana dilim”ə həsr olunan videoçarx nümayiş etdirildi.

Sevil MƏMMƏDOVA,
Bakıdakı 218 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini

yuxarı ⤴