1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Bölgə xəbərləri
25.02.2017 / No7

 
 

 

 


“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi

Fevralın 19-da “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib.
Abşeron Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan məlumata görə, ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdir.
Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir.
Xırdalan şəhər 4 nömrəli tam orta məktəbdə keçirilən rayon mərhələsində Abşeron rayonunun 35 ümumi təhsil məktəbindən 97 şagird iştirak edib.
Müsabiqənin rayon mərhələsinin qalibləri final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.


Respublika birinciliyinin seçmə yarışları başa çatıb

Balakəndə keçirilən uşaq-gənclər şahmat məktəbləri komandalarının respublika birinciliyinin seçmə yarışları Zaqatala şahmatçılarının qələbəsi ilə başa çatıb.
Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin təqvim planına uyğun olaraq, Balakən şəhərindəki inteqrasiya təlimli internat tipli gimnaziyada təşkil olunan zona yarışında Balakən, Zaqatala, Ağsu və Ağdaş rayonlarını təmsil edən 6 komandanın tərkibində 42 şahmatçı mübarizə aparıb. Seçmə yarışda ilk iki yeri tutan Zaqatala və Balakən şahmat məktəblərinin komandaları respublika birinciliyinin martda Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Yarışda fərqlənən komandalar “Təhsil” Respublika İdman Mərkəzinin diplom və medalları ilə mükafatlandırılıblar.


Məktəbin binasında əsaslı təmir-bərpa işləri aparılır

Saatlı Rayon Təhsil Şöbəsindən bildirilir ki, Təhsil Nazirliyinin sifarişi ilə rayonun Nəsimikənd tam orta məktəbinin binasında əsaslı təmir-bərpa işləri aparılır. Bu məktəbdə 714 şagird təhsil alır.
Birinci və ikinci mərtəbələrdə divarların köhnə suvaqları sökülüb, arakəsmələr götürülüb. Məktəbdə müasir standartlara uyğun olaraq yeni suvaq və tikinti işləri aparılıb. Belə ki, yeni plastik pəncərələr qoyulub, elektrik xətləri, dam örtüyü yenilənib. Sinif otaqlarının və dəhlizlərin köhnə döşəmələri sökülərək yeniləri ilə əvəz olunub.


Narkomaniyaya qarşı maarifləndirmə tədbiri

Şabran Rayon Təhsil Şöbəsindən redaksiyaya daxil olan məlumata görə, şəhər 3 nömrəli tam orta məktəbdə rayon polis şöbəsinin təşəbbüsü ilə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. Tədbirdə rayon polis şöbəsinin rəisi Əli Mərdanov, yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru Eldar Ömərov, narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Mübariz Zəkəriyəyev, polis baş leytenantı Əhməd Muradov, rayon icra hakimiyyətinin əməkdaşı Təhminə Yarəliyeva, rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Musa Hüseynov, rayon veteranlar şurasının sədri Valeh Sadiqov, məktəb rəhbərliyi və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbir zamanı rayon polis şöbəsinin əməkdaşları mövzu haqqında geniş məruzə ilə çıxış edib, narkotik vasitələrin insana vurduğu ziyandan, narkotik istifadəçilərinə göstərilməli olan davranışdan, ümumiyyətlə, narkomaniyaya qarşı mübarizədən danışıblar.


Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴