1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

İdmançı qardaşlar beynəlxalq yarışlara ciddi hazırlaşırlar
25.02.2017 / No7

 

 

 


Bu yaxınlarda Azərbaycan Qocyu-ryu Okinava Karate-do və Kabudo Növləri Federasiyası və Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən idman turniri keçirilib. Qobustan Rayon Olimpiya İdman Mərkəzində təşkil olunan həmin yarışlarda paytaxtın Yasamal, Nizamı, Xətai, Qaradağ ilə yanaşı Qobustan, Yevlax, Hacıqabul, Şirvan, Göyçay, Zərdab və digər rayonlarından olan 100 nəfərdən çox gənc idmançı təmsil olunub. Bu turnirdə idmançılar yaş qruplarına, çəki dərəcələrinə uyğun və müxtəlif növlər üzrə tatamı üzərində mübarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Bakı şəhərinin “Sərhədçi”, “Ruslan”, “Ağ at” idman klublarından, eləcə də Yasamal, Qaradağ və Qobustan, Hacıqabul rayonlarından olan gənc idmançılar daha çox yerlər tutublar.
Turnirin əsas favoritləri isə yenə də Yasamal rayon komandasını təmsil edən Əli və Cavid Abdullazadə qardaşları olub. Bu turnirdə Əli qızıl, Cavid isə gümüş medal qazanıb. Bakı şəhəri 52 nömrəli tam orta məktəbin şagirdləri olan qardaşların məşqçisi Azərbaycanın tanınmış, təcrübəli məşqçisi, idmanın güləş və döyüş növləri üzrə dəfələrlə dünya, Avropa çempionu olmuş Aydın Dadaşovdur.
İdmançı qardaşlar ilk uğurlarını 2016-cı ilin dekabrında Hövsan Olimpiya İdman Kompleksində keçirilən açıq Azərbaycan çempionatında qazanıblar. Kata yarışlarında rəqiblərindən üstün olan idmançı qardaşlar fəxri yerləri tutublar. Onların məşqçisi Aydın Dadaşovun bildirdiyinə görə, qardaşlar məhz qısa zaman ərzində qazandıqları uğurlarına görə Azərbaycan Respublikasının yığma komandasına daxil edilib və idman ustalığına namizəd dərəcəsi alıblar. Məşqçi onu da qeyd edib ki, hazırda Əli və Cavid ilk beynəlxalq yarışlara - Avropa çempionatına ciddi hazırlaşır və demək olar ki, hər gün məşqlərdə fəal iştirak edirlər.
İdmançıların atası Azər Abdullazadənin sözlərinə görə, 52 nömrəli tam orta məktəbin direktoru Elmira Ələsgərova, təhsil müəssisəsinin pedaqoji kollektivi də Əli və Cavidin uğurlarını alqışlayır və onlarla hər zaman fəxr edirlər.
Onu da qeyd edək ki, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Abdullazadə qardaşlarının təmsil olunduqları federasiyanın prezidenti Tarverdi Allahverdiyev bu yaxınlarda “Əməkdar bədən tərbiyəsi və idman xadimi “ fəxri adına layiq görülüb. Fəxri ad alan tanınmış idmançının ölkəmizdə çoxsaylı idmançıların, məşqçilərin yetişməsində və beynəlxalq yarışların təşkilində böyük əməyi olub.

E.MALİYEV

yuxarı ⤴