1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Azərbaycan ədəbiyyatına yeni töhfə
25.02.2017 / No7

 

 

 


Ümummilli liderimiz Heydər Əliyevin “Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyir, onu daha da yaxşı bilməlidirlər...Amma orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər” müdrik kəlamları ilə başlayan yeni mükəmməl bir kitab işıq üzü görüb. Azərbaycan Respublikasının Təhsil İnstitutunun çox hörmətli ziyalısı, pedaqoji elmlər doktoru, professor Şəmistan Mikayılov və dosent Asya Bəkirovanın birgə müəllifliyi ilə hazırlanan kitab “Azərbaycan ədəbiyyatı-mənəvi dəyər xəzinəsi” adlanır. Kitabın rəyçiləri professorlar Rəfiqə Mustafayeva və Vidadi Xəlilovdur.
Oxuculara təqdim olunan “Azərbaycan ədəbiyyatı-mənəvi dəyər xəzinəsi” adlı bu kitab həmişə aktual, xalqımızın milli varlığı ilə bağlı olan milli-mənəvi dəyərlər probleminə həsr edilmişdir. Kitabın “Azərbaycan ədəbiyyatı-mənəvi dəyər xəzinəsi” adlandırılması təsadüfi deyil. Bu kitab müəlliflərin zəngin təcrübəsinə, oxuduqları klassik və çağdaş nümunələrdən gətirilən ədəbi faktlar əsasında gəldikləri nəticəyə əsasən yazılmışdır.
Kitab oxucuların, o cümlədən məktəblilərin mütaliəyə marağının artırılmasında mühüm rol oynayacaq.

Almaz HƏSRƏT,
əməkdar müəllim

yuxarı ⤴