1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərbaycan müəllimi” qəzeti “II yazi” müsabiqəsi elan edir
25.02.2017 / No7

 
 

 

 


Ölkənin təhsil müəssisələrində çalışan müəllimlər, pedaqoqlar tədris etdikləri fənlərlə bağlı fərdi pedaqoji təcrübələrini, müasir dərsin əsas meyarlarını özündə əks etdirən metodiki yazılarını təqdim etməklə müsabiqədə iştirak edə bilərlər. Yazılar 01 mart 2017-ci il tarixdən 31 mart 2017-ci il tarixinədək muallim@edu.gov.az elektron poçt ünvanında qəbul ediləcək. Təqdim olunan yazılar tanınmış pedaqoq, alim və təcrübəli müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Təşkilat Komitəsi tərəfindən keçiriləcək təntənəli mərasimdə qaliblərin qiymətli hədiyyə və diplomlarla mükafatlandırılması nəzərdə tutulur.

Müsabiqənin əsas şərtləri:

İştirakçılar təqdim olunan yazıların sonunda zəruri məlumatları (ad, soyad, əlaqə telefonu, çalışdığı müəssisənin adı və tutduğu vəzifə) qeyd etməlidir. Hər iştirakçı müsabiqəyə bir yazı təqdim edə bilər. Yazıların əvvəlində müsabiqə üçün hazırlandığı qeyd olunmalıdır.

Əlaqə üçün: (012) 538-51-41

TƏŞKİLAT KOMİTƏSİ
 

yuxarı ⤴