1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






BDU-da “Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” mövzusunda simpozium
04.03.2017 / No8

 

 

 


Bakı Dövlət Universitetində bu ali təhsil müəssisəsinin və Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” mövzusunda simpozium keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını və türkdilli ölkələrdən gəlmiş çoxsaylı qonaqları salamlayıb, simpoziumun rəhbərlik etdiyi ali təhsil müəssisəsində keçirilməsini yüksək qiymətləndirib. Bildirib ki, təxminən 100 il bundan əvvəl-1919-cu ildə yaradılmış Bakı Dövlət Universitetinin ilk 2 fakültəsindən biri tarix-filologiya adlanıb, ötən dövr ərzində xalqımızın milli-mənəvi dəyərləri, o cümlədən qardaş türk xalqları ilə bağlı müştərək tariximiz, mədəniyyətimiz dərindən araşdırılıb. Bu irsin ən dəyərli nümunələrindən biri olan “Dədə Qorqud” abidəsinin zəngin tarixini, onun mifologiyadan yazıya, eposdan kitaba çevrilmək qüdrətini tədqiq etmək baxımından alimlərimiz çox böyük işlər görüblər. Rektor onu da qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi beynəlxalq səviyyədə qeyd edilərkən BDU-nun alimləri həmin tədbirlərdə aparıcı qüvvə kimi iştirak ediblər. Bu gün BDU-da “Dədə Qorqud” Elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. “Kitabi-Dədə Qorqud” dastanlarının daha çox Azərbaycan əraziləri, toponimikası və bədii təfəkkürü ilə bağlılığı tədqiqatçılar tərəfindən təbii hesab edilir.
Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Türkiyənin “Türk dili” qurumunun rəhbəri, professor Mustafa S.Kaçalin, Bayburt Universitetinin rektor köməkçisi Süleyman Ciydem, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Sebahattin Balcı, Qazaxıstan Respublikası Qorqud Ata Elmi Araşdırmalar İnstitutunun müdiri Şirinbek Koylibayev, AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov və Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım çıxış ediblər.
Sonra simpozium öz işini bölmə iclasları ilə davam etdirib. İclaslarda alim və tədqiqatçıların aşıq sənəti və ənənələrindən, ayrı-ayrı el sənətkarlarından bəhs edən mövzularla bağlı məruzələri dinlənilib, müzakirələr aparılıb, mədəni tədbirlər keçirilib və Dədə Qorqud bəstələri səsləndirilib.

Mətbuat və informasiya şöbəsi

yuxarı ⤴