1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Heydər Əliyev və İslam mədəniyyəti" mövzusunda məşğələ keçirilib
04.03.2017 / No8

 

 

 


Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin “Heydər Əliyev və İslam mədəniyyəti” mövzusunda 211-ci məşğələsi keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq İslam dininin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil etdiyini bildirib. Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda din sahəsində gərginliyin azaldılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirilib. 1996 və 1997-ci illərdə «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərin edilməsi ilə isə dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyulub, din sahəsinə və dindarlara dövlətin qayğısı artıb. Bu ənənə bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi, NDU-nun şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Vüqar Babayev çıxışında vurğulayıb ki, muxtar respublikada dini tolerantlıq mövcuddur. 2014-cü il avqustun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə muxtar respublikada dövlət orqanlarının dini qurumlarla qarşılıqlı fəaliyyətinin təşkil edilməsi, multikulturalizm və dövlət-din münasibətlərinin daha dolğun tənzimlənməsi məqsədilə multikulturalizm və dini məsələlər üzrə komissiyalar yaradılıb. Muxtar respublikada radikal və dini nifrət yayan cərəyanlara, qondarma dini təriqətlərə, zərərli dini ideyalara qarşı mübarizə məqsədilə maarifləndirmə işləri aparılır.

Nərmin CABBAROVA,
Mətbuat şöbəsinin əməkdaşı

yuxarı ⤴