1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





ATU-da elm-sənaye əlaqələrinə həsr olunan elmi-praktik seminar
04.03.2017 / No8

 

 

 


Azərbaycan Texnologiya Universitetində (ATU) “XXI əsr elm-sənaye əlaqələri: nəticələr və perspektivlər” mövzusunda elmi-praktik seminar keçirilib. “Det-Al” Alüminium Kompleksi ilə birgə təşkil edilən seminar əsasən bu sənaye müəssisəsi ilə universitet arasında əməkdaşlıq əlaqələri çərçivəsində görülən işlərin nəticələrinə həsr olunub.
Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, müasir dövrdə elm və sənaye arasında əlaqələrin genişləndirilməsi həm təhsil sahəsi, həm də istehsalat müəssisələri üçün mühüm əhəmiyyət kəsb edir. Universitet-sənaye əməkdaşlığının formalaşması və genişləndirilməsi ilə bağlı müxtəlif nəzəriyyələrin mövcud olduğunu xatırladan rektor qeyd edib ki, əlaqələrin inkişafı maraqların qarşılıqlı təmin olunmasına əsaslanmalı, prosesə göstərilən dövlət dəstəyi ilə tamamlanmalıdır.
“Det-Al” Alüminium Kompleksinin direktoru Cəmil Səfərov çıxışında artıq elm və istehsalatın birgə işinin təşəbbüs yox, zərurət nöqtəsində dayandığını bildirib. Elmi tədqiqatların istehsalata tətbiqinin zəruriliyinə toxunan C.Səfərov ATU ilə “Det-Al” Alüminium Kompleksi arasında əlaqələrin təşkilindən danışıb. Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində ATU-nun alimləri tərəfindən “Det-Al” Alüminium Kompleksi üçün elmi-tədqiqat işinin həyata keçirilməsi, eyni zamanda universitetdə zavod tərəfindən iki metallurgiya laboratoriyasının qurulması tərəflərin işgüzar əməkdaşlığının bariz nümunəsidir.
Sonra mexanika və texnoloji maşınlar kafedrasının müdiri Nazim Vəliyev 2016-cı ildə ATU ilə “Det-Al” Alüminium Kompleksi arasında aparılan elmi-praktik əməkdaşlığın nəticələri haqqında məlumat verib. Kafedranın əməkdaşları Arif Əsgərov “Vərəq-rulon pəstahlarının istehsalında istifadə edilən maye alüminium ərintilərinin rafinləşdirilməsi və modifikasiyasının bəzi məsələləri”, Rövşən Qasımov isə “Sonlu elementlər analizinin universal proqram sistemi ANSYS və ondan maye metal axınının tədqiqində istifadə edilməsi” mövzularında təqdimatlar ediblər.

Mətbuat xidməti

yuxarı ⤴