1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






SDU-da Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub
04.03.2017 / No8

 

 

 


Martın 1-də Sumqayıt Dövlət Universiteti və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Günü qeyd oluub.
Tədbiri açan humanitar məsələlər üzrə prorektor, dosent Ramiz Hüseynov ölkəmizdə və dünyada baş verən son hadisələrdə mülki müdafiənin önəmini vurğulayaraq maarifləndirmə məqsədi ilə keçirilən bu cür tədbirləri yüksək qiymətləndirib.
Sumqayıt Regional Mərkəzinin Təlim və əməliyyat Planlaşdırma İdarəsinin rəisi, mayor Rafiq Həsənov “Mülki müdafiə gününün yaranması” mövzusunda çıxış edərək bildirdi ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunan bu gün bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə üzv olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin müdafiəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında mühüm vəzifə kimi durur. Son illər ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilir.
QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova “Mobil dəstə üzvlərinin rolu” mövzusunda çıxış edərək fövqəladə hallara hazırlıq üzrə “Mobil dəstə”nin fəaliyyəti, prinsipi, malik olduqları avadanlıqlar və texnika haqqında ətraflı məlumat verib.
Universitetin tibbi hazırlıq və mülki müdafiə kafedrasının müəllimi Sabir Ələkbərov “Əhalinin mühafizəyə hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi”, filologiya fakültəsinin II kurs tələbəsi Nigar Məmmədova “Gənclərin fövqəladə hallara hazır olması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında rolu” mövzularında çıxış ediblər.
Maraqla qarşılanan tədbirdə FHN-nın tərkibində fəaliyyət göstərən qurumlar, nazirliyin fəaliyyəti, keçirilən təlimlərin əks olunduğu videoçarx nümayiş olunub.
Tədbirin praktik hissəsində şərti xəbərdarlıq siqnalı ilə univesitetdə “Zəlzələ” həyəcanı elan edilib. Tələbələr tərəfindən dərs gedişində baş verən zəlzələ zamanı təhlükəli zonadan təxliyyə olunma qaydaları, yaralanmış şəxslərə ilk tibbi yardımın göstərilməsi üsulları nümayiş olunub.

Mətbuat xidməti
 

yuxarı ⤴