1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






UNEC-də imtahan sessiyasının yekunları ictimaiyyətə açıqlanıb
04.03.2017 / No8

 

 


Fevralın 28-də UNEC-də imtahan sessiyasının yekunları ictimaiyyətə açıqlanıb. “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüşdə UNEC-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə həyata keçirilən tədbirlər planına əsasən, prosesi izləyən təhsil ekspertləri, valideynlər, QHT və KİV nümayəndələri iştirak ediblər.
UNEC-in rektoru, professor Ədalət Muradov imtahan sessiyasının obyektiv və şəffaf keçirilməsində göstərdiyi dəstəyə görə ictimaiyyət nümayəndələrinə təşəkkür edib. Rektor bildirib ki, imtahan sessiyasında bir sıra yeniliklər həyata keçirilib. Belə ki, SABAH Mərkəzi və Beynəlxalq İqtisadiyyat Məktəbində imtahanlar mərkəzləşmiş qaydada təşkil edilib. Hər iki fakültədə tələbələrin mənimsəmə göstəricisi çox yüksək olub. İmtahanların təşkili və apelyasiya prosesi ilk dəfə olaraq fakültələrə ötürülüb. Zaqatala filialı və Maliyyə-İqtisad Kollecində də ilk dəfə olaraq imtahanlar UNEC-də tətbiq edilən qaydalara əsasən keçirilib. Sessiya dövründə 5491 tələbə apelyasiyaya müraciət edib. Sessiyanı akademik kəsirlə başa vuran tələbələrin sayı isə ötən illərlə müqayisədə 2 dəfə azalıb. Tələbələrin imtahan nəticələrinə 1 bal əlavə edilib.
Təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, “Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, valideynlər UNEC-in imtahan prosesinin birbaşa cəmiyyətə etibar etməsinin təqdirəlayiq olduğunu, istər imtahan sessiyasına hazırlıq işlərinin təşkilinin, istərsə də imtahanların olduqca şəffaf və obyektiv keçirilməsinin əyani şahidi olduqlarını bildiriblər.
Təhsil eksperti, “XX Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev sessiya dövründə tələbələr arasında keçirdikləri anonim sorğunun nəticələrini açıqlayıb. Qeyd edib ki, 400 tələbə arasında keçirilən anket sorğusunun nəticələrinə əsasən gənclər imtahan prosesindən razı qaldıqlarını bildirib, ali təhsil ocağında tətbiq edilən islahatları yüksək qiymətləndiriblər.
Sonda ictimaiyyət nümayəndələrinə UNEC-ə göstərdikləri dəstəyə görə sertifikat və hədiyyələr təqdim olunub. UNEC-də imtahan sessiyasının obyektiv təşkilinə görə Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzi, informasiya təminatı və ictimaiyyətin operativ məlumatlanmasına görə isə Marketinq və kommunikasiya departamenti sertifikatla təltif edilib.

Mətbuat xidməti

yuxarı ⤴