1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Bayburt Universitetinin əməkdaşları ADMİU-nun qonağı olub
04.03.2017 / No8

 
 

 

 


ADMİU-da beynəlxalq əlaqələrin genişlənməsi sahəsində mühüm işlər görülür. Bu istiqamətdə görülən işlərin başlıca prinsiplərindən biri dünyanın nüfuzlu ölkələrinin ali məktəbləri ilə müqavilələrin, sazişlərin, sözləşmələrin imzalanmasıdır. Silsilə danışıqların və görüşlərin davamı olaraq, Türkiyənin Bayburt Universitetinin bir qrup rəsmi nümayəndəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı oldu. Bayburt Universitetinin prorektorları, tibb elmləri fakültəsinin dekanı prof. Dr. Halil İbrahim Şimşek, insan və cəmiyyət elmləri fakültəsinin dekanı, sosial elmlər fakültəsinin dekanı, prof. Dr. Süleyman Çiğdem, ilahiyyat fakültəsinin dekanı, prof. Dr. Nasrullah Hacimüftüoğlu, elmi katib Mete Yusif Ustabulut, ümumi işlər üzrə müavin Haruk Teoman, türk dili qurumunun rəhbəri, prof. Dr. S.Kaçalin universitet haqqında geniş məlumat verərək, iki universitet arasında elm-təhsil, bilik, mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın təməlinin qoyulmasını və gələcəkdə də inkişaf etdirilməsi arzusunda olduqlarını ifadə etdilər.
Qonaqlar Bayburt Universitetində incəsənət fakültəsinin yaradılması istiqamətində görülən işlərdən və gələcək planlardan bəhs etdilər. ADMİU-nun tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova, beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva, elmi katib, dosent Fatimat Məmmədova ilə Bayburt Universitetinin nümayəndələri arasında əməkdaşlıq haqqında gələcək planlar müzakirə olundu və yaradılacaq ixtisasların tədris planları təhlil edildi. ADMİU-nun nümayəndələri qonaqlara mədəniyyət və incəsənət sahəsində professional mütəxəssisləri, lazımi tədris planları ilə dəstək olacaqlarına və Bayburt Universitetinin gələcək perspektivi üçün lazım olan fənn proqramlarının hazırlanmasında köməkliyin göstərilməsinə dair öhdəlik götürdülər.
Bayburt Universitetindən gələn rəsmi heyət tərəfindən ADMİU-nun kitabxanasına dəyərli kitablar hədiyyə edildi.

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

yuxarı ⤴