1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb
04.03.2017 / No8

 

 

 


Martın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) direktoru Qrem Pollok, təhsil mütəxəssisi Bronvin Pollok, təhsil ekspertləri Asif Cahangirov və İlkin Həsənov ilə görüş keçirib. Görüşdə ADPU-nun Təhsilin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin müdiri, dosent Sənan Əliyev, beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Dövlət nümunəvi sənədlərlə və tələbələrlə iş bölməsinin müdiri Şəhla Gülməmmədova iştirak ediblər. Görüş zamanı ADPU ilə AMİM arasında əməkdaşlıq və məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən müəllimlərin inkişafı, eyni zamanda tələbə və akademik heyət üçün nəzərdə tutulan ustad dərslərin təşkili məsələləri müzakirə edilib.
Görüşdə ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb. Memorandum hər iki müəssisə arasında əməkdaşlığın, faydalı proqramların, müəllimlər üçün treninqlərin keçirilməsi, layihələrin və qarşılıqlı fəaliyyətlərin inkişafı məqsədilə imzalanıb. Qeyd edək ki, ADPU-nun müəllim və tələbə heyəti üçün nəzərdə tutulan bu layihələr, proqramlar və treninqlər müasir təlim metodları çərçivəsində ibtidai sinif müəllimlərinin öyrətmə bacarıqları və strategiyalarının yüksəldilməsi, onların inkişafı və istifadəsi, müntəzəm qiymətləndirməsi, müəllimin rolu və əsas öhdəliklərinin aşılanması istiqamətində həyata keçiriləcəkdir.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov və AMİM-in direktoru Qrem Pollok iki müəssisə arasında anlaşma memorandumunun bağlanılmasından məmnun qaldıqlarını bildirərək, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inamlarını ifadə ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi
 

yuxarı ⤴