1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Ukraynanın təhsil və elm nazirinin birinci müavini BSU-da olub
04.03.2017 / No8

 

 

 


Fevralın 28-də Ukrayna Respublikasının təhsil və elm nazirinin birinci müavini Vladimir Kovtunes, nazirliyin beynəlxalq əməkdaşlıq və Avropa inteqrasiya idarəsinin rəisi Anna Novosad, Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişşenko və Ukraynadan gəlmiş digər qonaqlar Bakı Slavyan Universitetində (BSU) olublar. Qonaqları qəbul edən universitetin rektoru, professor Nurlana Əliyeva BSU-nun Ukraynanın ali təhsil müəssisələri ilə əlaqələrinin tarixindən, bugünkü vəziyyətindən danışıb.
N.Əliyeva Ukraynanın rəsmi şəxslərinin müxtəlif dövrlərdə universitetə baş çəkmələrinin, tələbə-müəllim heyəti ilə görüşlər keçirmələrinin tədris prosesinə müsbət təsir etdiyini, ölkələrimiz arasındakı əlaqələrin inkişafında önəmli rol oynadığını deyib. O, buna nümunə olaraq bu günlərdə Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyinə həsr olunan tədbiri qeyd edib. Bildirib ki, tədbirdə Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası qrupunun sədri Maksim Kuryaçinin və digər deputatların iştirakı Ukrayna dövlətinin Azərbaycana xüsusi diqqətinin bariz nümunəsi sayıla bilər. Rektor bu münasibətlərin gələcəkdə daha da genişlənməsi üçün universitetin üzərinə düşən vəzifələrə də toxunub.
Ukrayna Respublikasının təhsil və elm nazirinin birinci müavini Vladimir Kovtunes öz ölkəsində təhsil sahəsində gedən islahatlardan, Azərbaycanla elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədi ilə nəzərdə tutulan planlardan danışıb. O, Ukrayna ilə Azərbaycan arasında tələbə mübadiləsi, müəllim-professor heyətinin uzunmüddətli ezamiyyətləri məsələsinə də toxunub.
BSU-nun prorektoru, professor Rafiq Novruzov BSU ilə Ukraynanın ali məktəbləri arasındakı birgə layihələr barədə məlumat verib.
Görüşün sonunda qonağa BSU-nun 70 illik yubileyinə həsr edilmiş kitab və digər milli hədiyyələr verilib.

Mətbuat xidməti

yuxarı ⤴