1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
ABŞ Dövlət Departamentinin Regional İngilis dili Ofisinin rəhbəri ADU-da olub
04.03.2017 / No8

 

 

 


Fevralın 28-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamentinin Regional İngilis dili Ofisinin rəhbəri Con Silver Azərbaycan Dillər Universitetinin qonağı olub. Qonağı universitetdə görməkdən məmnunluğunu bildirən ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev ona ali təhsil müəssisəsinin tarixi, tədris prosesi və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib.
Görüşdə ingilis dili müəllimlərin
in hazırlığı məsələləri, bu ixtisas üzrə təhsil alan tələbələrə ingilisdilli mütəxəssislərin dərs deməsi ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı ADU ilə ABŞ Dövlət Departamentinin Regional İngilis dili Ofisi arasında səmərəli əməkdaşlıqla bağlı məsələlərə də toxunulub.
Görüşdə, həmçinin ABŞ səfirliyinin İctimai əlaqələr şöbəsinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Emi Pitersen də iştirak edib.
Qonaqlar görüşdən sonra ADU-nun İnformasiya Resurs Kompleksi ilə yaxından tanış olublar.

İnformasiya Departamenti

yuxarı ⤴