1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi-praktik seminar keçirilib
04.03.2017 / No8

 

 

 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsində “İncəsənət tarixi: XXI əsrdən baxış” silsiləsindən “Klassisizm: Tarix və əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə musiqidə klassisizmin özünü daha çox opera janrında büruzə verdiyini söyləyib, Fransa və İtaliya mədəniyyətində lirik faciədən və operaseriyadan söz açıb. O,Vyana klassik məktəbinin nümayəndələrindən Y.Haydn, V.Motsart və L.Bethovenin yaradıcılığının klassisizm tələblərinə uyğun gəldiyini vurğulayıb.
Tədbirdə universitetin tələbələrinin “Klassisizm dövrünün ümumi səciyyəsi”,“Y.Haydn musiqi klassisizmin banisi kimi”, “V.A.Mosartın yaradıcılığı klassisizm dövrünün təzahürü kimi”, “Bethovenin yaradıcılığında patetik modusunun təzahürünə dair” və “Klassisizm və teatr” mövzularında mühazirələri dinlənilib.
Sonra ADMİU-nun musiqi sənəti fakültəsinin tələbələri dünya klassiklərinin əsərlərini ifa ediblər. Tədbirdə ADMİU-nun rektoru, professor Fərəh Əliyeva çıxış edərək elmi-praktik seminarda iştirak edən tələbələri və müəllimləri təbrik edib, onlara gələcək yaradıcılıq işlərində uğurlar arzulayıb.

yuxarı ⤴