1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





AzTU ilə Almaniya və Çexiya universitetləri arasında əlaqələr genişləndirilir
04.03.2017 / No8

 

 

 


Almaniyanın Brandenburq Texniki Universiteti ilə Çexiyanın Liberek Texniki Universitetinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olublar. Qonaqları qəbul edən AzTU-nun rektor əvəzi Xalıq Yahudov Azərbaycanda texniki sahənin inkişafının prioritet istiqamət olduğunu bildirib. Rektor əvəzi AzTU ilə Avropa universitetləri arasında olan əlaqələrə diqqət çəkərək qeyd edib ki, qarşılıqlı əməkdaşlıq elmdə tərəqqiyə səbəb olaraq iqtisadiyyatda yeni inkişaf prosesi yarada bilər.
Xalıq Yahudov AzTU haqqında qonaqlara geniş məlumat verərək vurğulayıb ki, universitetdə yaradılan şərait və innovativ texnologiyaların elmə tətbiqi daha əlverişli əməkdaşlığa imkan verir.
Görüşdə bildirilib ki, əlaqələr çərçivəsində müəllim, tələbə mübadiləsi ilə yanaşı təcrübələrin aparılması üçün texniki bazadan yararlanmaq da nəzərdə tutulur.
Brandenburq Texniki Universitetinin maşınqayırma üzrə ixtisas rəhbəri, metalkəsən dəzgahlar kafedrasının müdiri Silvio Simon da qarşılıqlı əlaqələrdən məmnun olduğunu bildirib.
Liberek Texniki Universitetinin maşınqayırma fakültəsinin beynəlxalq əlaqələr üzrə dekan müavini Karel Frana da Çexiya universitetləri ilə Azərbaycan universitetlərinin tarixi əlaqələrini yada salaraq keçmişdə qalan bu əməkdaşlığın qarşıda böyük perspektivlər yaradacağına əmin olduğunu deyib.
Görüşdə hər iki universitetin nümayəndələri ilə maşınqayırma fakültəsindən başqa digər fakültələrlə də əlaqələrin qurulması məsələsi müzakirə olunub. İlkin olaraq AzTU-nun mühəndis biznesi və menecment fakültəsi ilə əməkdaşlıq nəzərdən keçirilib. Qərara alınıb ki, Brandenburq və Liberek Texniki universitetləri ilə iqtisadiyyat üzrə də əlaqələr yaradılsın.

Mətbuat xidməti
 

yuxarı ⤴