1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Ötən ay Təhsil Nazirliyinə 15693 müraciət daxil olub
04.03.2017 / No8

 
 

 

 


Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 15693 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 12687 zəng qəbul edilib.
Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3006 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1283 sənəd (659 məktub, 401 ərizə, 223 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox tələbələrin yerli ali və orta ixtisas təhsil müəssisələrinə köçürülməsi və bərpası, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbul, müəllimlərin işə qəbulu, müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (3018 zəng) və çərşənbə axşamı (2700 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (808 müraciət) və çərşənbə axşamı (635 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
 

yuxarı ⤴