1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçirilib
04.03.2017 / No8

 
 

 

 


Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiymətləndirilməsi keçirilib.
3 gün davam edən qiymətləndirmədə 3616 nəfər müəllim iştirak edib. Bu da regionlar üzrə pedaqoji işçi heyətinin ümumi sayının 88,32 faizini təşkil edir.
15 istiqamət üzrə aparılan qiymətləndirmədə məntiqi düşünmə və pedaqoji qabiliyyət, peşə-ixtisas, informasiya-kommunikasiya texnologiyaları üzrə biliklər və psixoloji xüsusiyyətlər yoxlanılıb.
Pedaqoji heyətə 90 dəqiqə ərzində 60 sual təqdim olunub.
Ölkə üzrə məktəbdənkənar təhsil müəssisələrinin sayının optimallaşdırılması zamanı müəssisələrin yeni tərkibinin müəyyənləşdirilməsi üçün imtahan nəticələri nəzərə alınacaqdır.

 

yuxarı ⤴