1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Paytaxt təhsilində yeniliklər
04.03.2017 / No8

 
 

 

 


Birgə layihələr müzakirə olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşları ilə görüş keçirilib. Görüşdə BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, Anar Qədiməliyev, Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi, ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin Regional İngilis dili Mərkəzinin nümayəndələri Con Silver, Meri Boymer, Emi Peterson və digər qonaqlar iştirak ediblər.
Görüşün keçirilməsində əsas məqsəd beynəlxalq əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində təhsilimizi daha da inkişaf etdirməkdən ibarətdir. Görüş zamanı iki qurum arasındakı əməkdaşlıq istiqamətləri, həyata keçirilən layihələr və xarici dil tədrisi üzrə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması barədə müzakirə aparılıb. Ümumi təhsil məktəblərində fəaliyyət göstərən ingilis dili müəllimlərinin peşəkar inkişaf proqramlarında iştirakından və şagirdlərin dil səriştəsinin artırılmasına xidmət edən layihələrdən bəhs olunub. Dilin tədrisi üzrə mövcud ehtiyaclar, tələblər və beynəlxalq təcrübənin yerli arenada tətbiqi barədə səmərəli fikir mübadiləsi aparılıb.


Məktəblilər arasında şahmat üzrə turnir

“Məktəblinin dostu” pilot layihəsinin tətbiq olunduğu 30 məktəb arasında şahmat turniri keçirilib.
Təhsil Nazirliyi və “ASAN Xidmət”in birgə tərəfdaşlığı ilə həyata keçirilən yarışın təşkilində əsas məqsəd şagirdlərin intellektual inkişafına dəstək olmaq və asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarətdir.
Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə keçirilən turnirin açılış mərasimində çıxış edən “Məktəblinin dostu” pilot layihəsinin rəhbəri Rüstəm Ağayev yarışın təşkilində göstərdikləri köməyə görə məktəb rəhbərləri və müəllimlərə təşəkkürünü bildirib.
Yarış 7 turdan ibarət İsveçrə sistemi ilə keçirilib. Hər məktəbdən iki şagird (1 qız, 1 oğlan) olmaqla, ümumilikdə 60 məktəbli şahmat turnirinə qatılıb. Turniri Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, şahmat üzrə qadınlardan ibarət milli komandamızın baş məşqçisi Fikrət Sideyfzadə, “ASAN Xidmət”in İnsan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev və valideynlər izləyiblər.
Turnirin qalibləri müəyyənləşdirilib. Qaliblərə medal və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində belə tədbirlərin gələcəkdə də təşkili nəzərdə tutulur.


“İslam Həmrəyliyi ili” ilə əlaqədar səyyar mühazirələr

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində “İslam Həmrəyliyi ili” ilə əlaqədar səyyar mühazirələr keçirilir.
Səyyar mühazirələr Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq təşkil edilir.
“İslam Həmrəyliyi ili” çərçivəsində “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi”, “Azərbaycan cəmiyyətində İslam həmrəyliyi” mövzularında keçirilən mühazirələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin nümayəndələri, rayon icra hakimiyyətləri və rayon polis idarələrinin əməkdaşları, tərbiyə işləri üzrə direktor müavinləri (təşkilatçılar), uşaq birliyi rəhbərləri, psixoloqlar, valideyn icmasının nümayəndələri və IX-XI sinif şagirdləri iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər ölkəmizdə “İslam Həmrəyliyi ili” elan olunmasının Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlandığını və IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsinin böyük tarixi əhəmiyyətə malik olduğunu qeyd ediblər.
Mühazirələrdə gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunulub, hər bir gəncin vətənpərvərlik ruhunda böyüməsinin vacibliyi vurğulanıb, dini radikalizm və ekstremizmin zərərli təsirləri, gənclərin onların fəsadlarından qorunmaları üçün maarifləndirmə işlərinin aparılmasının vacibliyi qeyd olunub. Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitindən, mehriban şəraitdə yaşayan çoxsaylı xalqların həyatından, multikultural dəyərlərin inkişafından da bəhs edilib. Qeyd edək ki, mart-aprel aylarında “İslam Həmrəyliyi ili” ilə əlaqədar səyyar mühazirələrin paytaxtın 34 ümumi təhsil məktəbində keçirilməsi nəzərdə tutulub.


Üçüncü könüllülük proqramı başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsində reallaşdırılan üçüncü könüllülük proqramı başa çatıb. Üçüncü könüllülük proqramı çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 540 nəfər müraciət edib. Onlardan müvafiq meyarlar əsasında 250 nəfər müsahibəyə çağırılıb və 35 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 28 nəfər BŞTİ-nin müvafiq sektorlarında və 7 nəfər isə xidmət bölmələrində fəaliyyətə başlayıb.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 3 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İntizamlı, xoşrəftar, kollektivdə çalışmağı, informasiya-kommunikasiya texnologiyaları ilə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər BŞTİ-nin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanırlar. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramı əsasında 15, ikinci könüllülük proqramında 26, üçüncü könüllülük proqramında isə 35 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstəriblər. Onlardan 11 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır. Könüllü kimi fəaliyyətlərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış verilir.


Ümumdünya Mülki Müdafiə Günü qeyd edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.
Paytaxtın rayonları üzrə mülki müdafiəyə məsul şəxslərin iştirak etdiyi tədbirlərdə mülki müdafiənin məqsədi və əhəmiyyəti, Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi barədə şagirdlərə geniş məlumat verilib.
Məktəblərdə mülki müdafiə qrupları tərəfindən şagirdlərin iştirakı ilə təlim prosesi də həyata keçirilib. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdiriblər.
Təlim zamanı şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verilib. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib.
Bir çox məktəblərdə mülki müdafiəyə həsr olunan “açıq dərs”lər təşkil olunub. Dərslər zamanı fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, “112” zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verilib. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.

www.baku.edu.gov.az

yuxarı ⤴