1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Orta məktəblə birgə elmi-praktik konfrans
04.03.2017 / No8

 
 

 

 


Gəncə Dövlət Universitetinin təhsilin pedaqogikası və metodikası kafedrasının təşəbbüsü ilə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəblə bağlanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq həmin məktəbdə “Təlimin keyfiyyətli təşkilində dərketmə üsullarının tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Ciddi maraq yaratmış elmi-praktik konfransda təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Allahverdi Quliyev “Təlimin keyfiyyətinin yüksəldilməsində dərketmə üsullarından istifadənin əhəmiyyəti”, kafedranın baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Günay Kazımova “Təlimin keyfiyyətinin yüksəldilməsində təhsil islahatlarının əsas xüsusiyyətləri”, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev “Təhsildə müasir təlim texnologiyalarından istifadənin elmi əsasları”, təcrübə və karyera şöbəsinin müdiri, dosent Mahir Məmmədov “Təcrübəçi tələbələrlə fənn müəllimlərinin birgə işinin təşkili məsələləri” adlı məruzələrlə çıxış ediblər. Məruzələrin əsas məzmunu və tezisləri Hovard Qardner nəzəriyyəsindəki “Biz şagirdlərimizin müxtəlif üsullarla dərk etməsini inkişaf etdirməklə təhsilin keyfiyyətini yüksəldə bilərik” fikrinə əsaslanmış, təlim texnologiyalarından səmərəli istifadənin əhəmiyyəti qeyd edilmiş və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

GDU-nun mətbuat xidməti
 

yuxarı ⤴