1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Məktəbdə “Mənim ana dilim” adlı tədbir keçirilib
04.03.2017 / No8

 

 

 


“Mənim Ana dilim, Azərbaycan dilim, Doğma dilim! Anamızın bizə beşik başında layla dediyi, nağıllar söylədiyi doğma dilimizi sevək və göz bəbəyi kimi qoruyaq...”. Bu fikirlər Bakıdakı 175 nömrəli tam orta məktəbdə keçirilən “Mənim ana dilim” adlı tədbirdə vurğulanıb. Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra aparıcılar Mirbacı Hüseynova, Zərifə Əliyeva və Nəsimi Süleymanlı tədbirin məqsəd və məramından bəhs ediblər. Onlar Ana Dili Gününün yaranması tarixi haqqında iştirakçıları ətraflı məlumatlandırıblar.
Məktəbin şagirdləri İlkin Bağırzadə, Ülvi Əliyev, Fidan Quliyeva, Zəhra Gülməmmədzadə, Nərgiz İsmayılzadə, Səlimli Göyərçin, Toğrul Nəbiyev, İsmayıl Mahmudov, Ayan Hüseynova və başqaları görkəmli söz ustadlarının - S.Vurğunun, B.Vahabzadənin, M.Şəhriyarın ana, vətən və Azərbaycan dili haqqında yaradıcılıq nümunələrini səsləndiriblər. Əziz Mehdiyevin tarda “Şur” təsnifinin ifası, Nuray Əmirovanın ifasında səslənən “Azərbaycan” mahnısı, Fatimə Bədəlbəylinin “Nəlbəki” rəqsi iştirakçılara xoş ovqat yaşadıb.
Sonra məktəbin direktoru Qələndər Qələndərov qonaqlara, pedaqoji kollektivə, şagirdlərə, tədbirin təşkilatçısı Azərbaycan dili və ədəbiyyat müəllimi Hökumə Qurbanovaya minnətdarlığını ifadə edib. Bildirib ki, dil hər bir millətin, xalqın varlığı deməkdir. Dünyada yüzlərlə dil mövcuddur. Onlardan ən şirini, ən doğması, ən zəngini bizim dilimiz - Azərbaycan dilidir. Bu dildə səslənən şeirlər, mahnılar biz azərbaycanlılar üçün doğma və əzizdir, Azərbaycan dili Azərbaycan xalqının milli sərvətidir.

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”

yuxarı ⤴